Bu gün, 17:48 27

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub:

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açıq məktub ünvanlayıb.

AVESTA.AZ AZƏRTAC-a istinadən müraciətin tam mətnini təqdim edir:

"Biz - Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri Sizin "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, o cümlədən 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə reallıqdan uzaq fikirlərinizi qəbulolunmaz hesab edirik. Təəssüf ki, Bayden-Blinken dövrünün ruhuna uyğun olaraq Nyu-York şəhər meri kimi mandatınızla uzlaşmayan bu siyasi açıqlama ilə milyonlarla insanın hisslərinə toxunmusunuz.

Erməni lobbi qruplarının, Nyu-Yorkdakı bir qrup erməni icmasının birtərəfli məlumatları əsasında Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyiniz fikirləri biz 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvəsində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sülh prosesinə zidd hesab edirik. Bu, Ermənistanla normallaşma addımlarına qarşıdır. Regiondan, Ermənistan hüdudlarından xeyli kənarda yaşayan erməni diasporunun, o cümlədən ABŞ-dəki erməni diasporunun müəyyən hissəsi sülh səylərinə mane olmağa çalışır. Siz bu açıqlama ilə faktiki olaraq revanşist qüvvələrin destruktiv gündəliyini müdafiə etmisiniz.

Ola bilsin, sizi yanlış məlumatlandırıblar. Bu gün Cənubi Qafqaz ağır, qanlı bir tarixi səhifəni çevirərək sülh, təhlükəsiz birgəyaşayış üçün imkanları, fürsətləri genişləndirir. Hazırda regionda sülh var, biz sizi sülhü dəstəkləməyə çağırırıq. Azərbaycan və Ermənistan xalqlarının tarixində yeni bir dövr açılır. Təəssüf edirik ki, bir qrup erməni diaspor dairələri sülhü deyil, müharibəni dəstəkləyir, ABŞ siyasətçilərini də yanlış istiqamətə doğru yönəldirlər.

İnsan hüquqlarının müdafiəsi və tarixi faciələrin anılması həqiqətən mühüm dəyərə malikdirsə, o zaman Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr, 1992-ci il Xocalı soyqırımı, işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda və Şərqi Zəngəzurda məhv edilmiş tarixi, dini, mədəni abidələr, urbisid unudulmamalıdır. Bu gün hələ də dinc azərbaycanlılar vaxtilə Qarabağda və Şərqi Zəngəzurda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalara düşərək həyatlarını itirir, əlil olurlar. Yüz minlərlə azərbaycanlı onilliklər boyunca fundamental hüquqlardan - təhlükəsizlik, mülkiyyət və doğma yurdlarına qayıtmaq hüququndan məhrum şəkildə yaşamalı olub.

Biz hesab edirik ki, sizin kimi nüfuzlu vəzifə sahibinin açıqlamaları yalnız bir tərəfin mövqeyinə əsaslanmamalı, əksinə, reallıqları əhatə etməlidir. Təəssüf ki, açıqlamanızda yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyi və uzun illər davam edən əziyyətləri qeyd olunmayıb. İnanırıq ki, məlumatların daha geniş və müstəqil şəkildə nəzərdən keçirilməsi regionda baş verən hadisələrin daha düzgün anlaşılmasına, işğalçı ilə işğala məruz qalanı fərqləndirməyə kömək edəcəkdir.

Biz sizə mövzu ilə bağlı daha geniş məlumat təqdim edə bilərik, sizinlə görüşməyə də hazırıq.

Çox istərdik ki, Nyu-York təkcə uydurma erməni soyqırımı abidələrinin, xatirə lövhələrinin olduğu şəhər kimi tanınmasın. Siz tarixi faciələrə xüsusi diqqət ayıran mer kimi Nyu-Yorkda 1992-ci il Xocalı soyqırımını əks etdirən abidə və ya xatirə lövhəsi ucalda, hər il fevralın 26-da bu memorial üzərinə erməni və azərbaycanlı icmalarının tər güllər düzmələrini təşkil edə bilərsiniz.

Sizin açıqlamalarınızı diqqətlə izləməkdə davam edəcəyik.

İmzalar:

1. Xatirə Vəliyeva - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

2. Vladimir Timoşenko - istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü

3. Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

4. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri

5. Səltənət Qocamanlı - İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

6. Əmir Əliyev - İnsan Hüquqlarının Təşviqi Mərkəzinin sədri

7. Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

8. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

9. Səadət Məmmədova - "Maarifçi Media Mərkəzi" İctimai Birliyinin sədri

10. Rey Qasımov - Azərbaycanda Minadanzərərçəkənlər Assosiasiyasının sədri

11. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyasının rəhbəri"

12. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

13. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

14. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

15. Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

16. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri

17. Vüqar Qədirov - Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyinin sədri

18. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri

19. Şəlalə Hümbətova - "Məxəz" Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri

20. Dilqəm Əhməd - "Çapar" Milli İrsin Tədqiqi Mərkəzinin sədri".

Paylaş

Xəbər lenti

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu Bu gün, 18:48 "Sumqayıt" Premyer Liqanın XXIX turunda "İmişli"ni məğlub edib Bu gün, 18:48 Gözlərimizin zəifləməməsi üçün nə etməli? Bu gün, 18:48 Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY Bu gün, 18:48 Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar Bu gün, 18:48 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" Bu gün, 18:48 Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Bu gün, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Bu gün, 17:48 Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr Bu gün, 17:48 Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır Bu gün, 17:48 WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq Bu gün, 17:48 Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Bu gün, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Bu gün, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Bu gün, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Bu gün, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Bu gün, 16:48 Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı Bu gün, 16:48 Naxçıvanda Çernobıl əlillərinə avtomobil təqdim olunub Bu gün, 16:48 İtkin düşən 13 nəfər ötən gün tapılıb Bu gün, 16:48 Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Bu gün, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Bu gün, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Bu gün, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Bu gün, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Bu gün, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Bu gün, 15:48 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48 Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik Bu gün, 14:48 "Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb Bu gün, 14:48 Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" Bu gün, 14:48 Azərbaycanlı məşhurlar Amerikada bir araya gəldilər Bu gün, 14:48 Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48 "Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi Bu gün, 13:48 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib Bu gün, 13:48 AFFA U-20 dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır Bu gün, 13:48 Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ Bu gün, 13:48 İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub Bu gün, 13:48 Prezident: "Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var" Bu gün, 13:48 Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR