Bu gün, 19:48 38

Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofik riskləri daha düzgün qiymətləndirmək və bədbəxt hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərini təmin etməkdir.

Yeniliyin ən mühüm elementi sığorta məbləğinin artıq vahid standartla deyil, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrlərinə, yaşayış sahəsinin kvadratmetrinə və yerləşdiyi əraziyə uyğun formalaşdırılmasıdır.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"İcbari sığortanın əhatə dairəsi on faizdən aşağıdır"

Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, hazırda bu sahədə vəziyyət ürəkaçan deyil. Daşınmaz əmlakın icbari sığortası üzrə bazarın əhatə dairəsi on faizdən də aşağıdır: "Yəni, Bakıdakı hər yüz evdən heç onu belə icbari qaydada sığortalanmayıb. Bunun isə tək bir səbəbi var, cərimə mexanizmi işləmir. Mövcud qanunvericiliyə əsasən, bu sığorta kifayət qədər geniş riskləri - yanğın, partlayış, ildırım vurması, daxili su basması və ya qonşudan su sızması, habelə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində əmlaka dəyən zərəri əhatə edir. Sığorta predmeti sadəcə quru divarlar deyil, bura əmlakın əsas konstruksiyaları, qapı-pəncərəsi, tavanı, döşəməsi və daxili təmiri də daxildir. Göründüyü kimi, mövcud təminat zərfi kifayət qədər genişdir və əlavə nəsə daxil etməyə ehtiyac yoxdur. Əsas hədəfimiz sadəcə bu mükəmməl təminat paketini bazara düzgün tətbiq etmək və əhalinin sistemə kütləvi cəlb olunmasını təmin etməkdən ibarət olmalıdır".

İ.Nəcəfov bildirdi ki, yeni konsepsiyanın uğuru, ilk növbədə, işlək cərimə mexanizminin tətbiqindən asılıdır: "Şəxsi fikrimcə, avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlak sığortasında da real cərimələr tətbiq edilməsə, istənilən cəlbedici təklif əhali tərəfindən rəğbətlə qarşılanmayacaq. Müqayisə üçün avtomobillərin icbari sığortasına nəzər salaq. Vətəndaş sığortası olmadıqda hər iyirmi gündən bir əlli manat cərimə olunur deyə, hamı bu sığortanı əldə etməyə çalışır. Bu vəziyyəti dəyişmək üçün hökumət, Mərkəzi Bank və İcbari Sığorta Bürosu tərəfindən müxtəlif variantlar nəzərdən keçirilir. Sığorta haqqının kommunal ödənişlərə, xüsusən də işıq puluna inteqrasiya edilməsi, məbləğin bələdiyyə orqanları tərəfindən yığılması və ya icra hakimiyyətləri tərəfindən icbari sığortası olmayanlar üçün xüsusi cərimə protokollarının tətbiqi kimi müxtəlif təkliflər müzakirə olunur".

"Yeni konsepsiya ədalətli və çevikdir"

Ekspertin fikrincə, tətbiq edilməsi gözlənilən yeni konsepsiya əvvəlki qaydalarla müqayisədə qat-qat ədalətli və çevikdir. Köhnə qaydalardakı ən böyük natamamlıq məbləğlərin hamı üçün eyni olması idi: "Hövsanda 70 min manatlıq bir otaqlı panel evlə, Gənclikdəki 10 milyonluq villanın sığorta haqqı 50 manat təşkil edirdi. Çünki hər ikisi mülkiyyətin real dəyərindən asılı olmayaraq, 25 min manatlıq standart sığorta təminatı alırdı. Yeni konsepsiyada isə regionlar, şəhərin məskunlaşma dərəcəsi və zonalar üzrə sığorta haqqı və məbləğləri dəyişəcək".

"Sənədsiz evlər əsas problemdir"

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bütün dünyada məcburi xarakter daşıyan sığorta sistemi ölkəmizdə avtomobil və digər sahələrdə işləsə də, daşınmaz əmlak sektorunda hələ də tam tətbiq edilə bilmir: "Bunun əsas səbəbi ölkədə yüz minlərlə çıxarışı olmayan əmlakın mövcudluğudur. Qanunvericiliyə görə, hər hansı bir əmlakın sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır".

E.Fərzəliyevin fikrincə, məsələnin digər tərəfi isə çıxarışlı əmlak sahibləri arasında da sığortalanma səviyyəsinin aşağı olması və maarifləndirmənin çatışmazlığıdır: "Son beş ildə Bakı və Abşeron ərazisində satılan sənədli mənzillərin 60 faizindən çoxu ipoteka və ya daxili kreditlərlə alındığı üçün müqavilə müddəti bitənə qədər məcburi qaydada sığortalanır. Bu, çox müsbət haldır, çünki risk anında zərər dərhal qarşılanır. Lakin kreditdə olmayan sənədli mənzil sahibləri illik cəmi 50 manat ödəyərək 25 min manatlıq təminat almaqda maraqlı görünmürlər. Bakı şəhərində dəyəri yüz minlərdən milyonlara qədər dəyişən və minimal olaraq 400 manata kirayə verilən saysız-hesabsız mənzillər var. Təcrübə göstərir ki, yanğınlar, qısaqapanmalar və ya subasmalar kimi sığorta hadisələri məhz daha çox kirayə verilən evlərdə baş verir. Nəticədə zərərin ödənilməsi prosesi məhkəmələrə qədər uzanır. Halbuki sığorta vasitəsilə bu problemi sivil və sürətli şəkildə həll etmək olar".

"Yalnız sənədli evlərə tətbiq ikitirəlik yaradacaq"

Ekspert bildirdi ki, yeni icbari sığorta konsepsiyası hazırlanarkən bu reallıqlar mütləq nəzərə alınmalıdır. Mənzil istifadədədirsə, onun qazı, işığı, kommunal xətləri çəkilibsə və qeydiyyatı mövcuddursa, çıxarışın olub-olmamasından asılı olmayaraq, bu əmlak sığortalana bilməlidir: "Yalnız sənədli evlərə məcburiyyət tətbiq etmək ikitirəlik yaradacaq, mənzillərin yarısı sığortalı, qalan yarısı isə sığortasız qalacaq. Buna görə də, yeni konsepsiyada sırf sənədsiz evlərin sığortaya cəlb edilməsi və ya onların sənədləşdirilməsi prosesinin sürətləndirilməsi istiqamətində addımlar atılmalıdır. Bu hal həm sığorta şirkətlərinin fəaliyyətini genişləndirər, həm də vətəndaşların təhlükəsizliyini təmin edər. Sığorta haqqının yığılması isə vətəndaşların mütəmadi ödədiyi kommunal xərclərə inteqrasiya oluna bilər. Avtomobillərin icbari sığortası da ilk vaxtlar narazılıqla qarşılanmışdı. Lakin sonradan qəzalar zamanı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənildiyini görən sürücülər bu gün nəinki icbari, hətta könüllü sığortalara belə özləri müraciət edirlər. Daşınmaz əmlak sığortasında da məhz bu cür inamın formalaşması vacibdir".

Paylaş

Xəbər lenti

Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb Bu gün, 20:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq Bu gün, 20:48 Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib Bu gün, 20:48 Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub Bu gün, 19:48 Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz Bu gün, 19:48 Azər Əkbərli vəfat etdi Bu gün, 19:48 Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu Bu gün, 18:48 "Sumqayıt" Premyer Liqanın XXIX turunda "İmişli"ni məğlub edib Bu gün, 18:48 Gözlərimizin zəifləməməsi üçün nə etməli? Bu gün, 18:48 Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY Bu gün, 18:48 Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar Bu gün, 18:48 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" Bu gün, 18:48 Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Bu gün, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Bu gün, 17:48 Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr Bu gün, 17:48 Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır Bu gün, 17:48 WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq Bu gün, 17:48 Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Bu gün, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Bu gün, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Bu gün, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Bu gün, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Bu gün, 16:48 Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı Bu gün, 16:48 Naxçıvanda Çernobıl əlillərinə avtomobil təqdim olunub Bu gün, 16:48 İtkin düşən 13 nəfər ötən gün tapılıb Bu gün, 16:48 Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Bu gün, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Bu gün, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Bu gün, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Bu gün, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Bu gün, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Bu gün, 15:48 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48 Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik Bu gün, 14:48 "Qarabağ Tallin" Estoniya çempionatında bürünc medal qazanıb Bu gün, 14:48 Bakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" Bu gün, 14:48 Azərbaycanlı məşhurlar Amerikada bir araya gəldilər Bu gün, 14:48 Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR