
İdmançı ata və oğul Türkiyənin İstanbul şəhərində keçirilən sotokan karate üzrə 16-cı dünya çempionatında böyük uğura imza atıblar.
AVESTA.AZ-in məlumatına görə, ata Orxan Heydərli və oğlu Heydərli Əbülfəz Orxan oğlu qızıl medallar qazanıb.
Yarışın ilk günlərində, 24 aprel tarixində keçirilən çıxışlarda Heydərli Əbülfəz Orxan oğlu 10-11 yaş kateqoriyasında (-40 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.
26 aprel tarixində isə böyük yaş qrupunun yarışlarında Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Mərkəzinin baş giziri Orxan Heydərli kişilər arasında +84 kq çəki dərəcəsində 1-ci yeri tutaraq qızıl medala layiq görülüb. Bu qələbə ilə o, artıq dördüncü dəfə dünya çempionu adına yiyələnib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.