Bu gün, 15:48 93

Azərbaycanda

Azərbaycanda "Maliyyə icarəsi haqqında" yeni Qanun qəbul ediləcək.

AVESTA.AZ trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, "Maliyyə icarəsi haqqında" qanun layihəsi bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bazarın inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışını asanlaşdırmaq məqsədilə hazırlanıb.

Layihənin əsas yeniliklərindən biri milli qanunvericilikdə istifadə olunan "lizinq" termininin "maliyyə icarəsi" termini ilə əvəz edilməsidir. Beynəlxalq praktikada "financial lease" kimi tanınan bu anlayış bir sıra ölkələrdə də milli dillərə uyğun tərcümə edilərək istifadə olunur. Azərbaycanda isə bu dəyişiklik terminoloji vahidliyin təmin olunmasına və xidmətin mahiyyətinin daha aydın başa düşülməsinə xidmət edəcək.

Hazırda Mülki Məcəllənin "Lizinq" adlanan fəsli əslində maliyyə icarəsi münasibətlərini tənzimləyir, "maliyyə lizinqi" termini isə əsasən Vergi Məcəlləsində istifadə olunur. Yeni qanunun qəbul edilməsi ilə terminlər eyniləşdiriləcək və bu sahədə hüquqi müəyyənlik gücləndiriləcək. Bu, həm də xidmətin kredit deyil, icarə münasibəti olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.

Maliyyə icarəsi iqtisadi dövriyyənin genişlənməsində, xüsusilə sahibkarların maliyyəyə çıxış imkanlarının artırılmasında mühüm rol oynayır. Bununla belə, mövcud normativ baza bu sahənin inkişafını tam təmin etmir, əsas xüsusiyyətlər qanunvericilikdə kifayət qədər əks olunmur və prudensial nəzarət mexanizmləri mövcud deyil. Bu isə maliyyə icarəsi verənlərin əlavə maliyyə resursları cəlb etməsini çətinləşdirir.

Layihə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını, subyektlər arasında münasibətlərin qurulması, dəyişdirilməsi və xitam verilməsi qaydalarını, eləcə də dövlət tənzimlənməsi və nəzarət mexanizmlərini müəyyən edir. Maliyyə icarəsi mexanizmi həm icarəçi, həm icarəyə verən, həm də satıcı üçün iqtisadi fayda yaradır və bazar dövriyyəsinin çevikliyini artırır.

Qanun layihəsinə əsasən, maliyyə icarəsi alanlar yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ola biləcəklər. Bu yanaşma fəaliyyətin sahibkarlıq xarakterinə uyğunlaşdırılıb. Eyni zamanda, maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul olması və onların Mərkəzi Bankın reyestrinə daxil edilməsi tələb olunacaq.

Layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnamə kapitalı və öz vəsaitlərinə dair tələblər müəyyən edilir, bu tələblərin konkret parametrləri isə Mərkəzi Bank tərəfindən müəyyənləşdiriləcək. Bununla yanaşı, tərəflər arasında müqavilə münasibətləri, hüquq və vəzifələr, eləcə də maliyyə icarəsi obyektinə yönələn tələblərin icrası mexanizmləri də tənzimlənir.

Yeni qanun layihəsində subicarə və geriyə maliyyə icarəsi kimi mexanizmlər də nəzərdə tutulur. Subicarə zamanı icarəçi obyektin başqa şəxsə verilməsini təşkil edə bilər, geriyə maliyyə icarəsində isə şəxs öz əmlakını sataraq eyni obyekti icarəyə götürür.

Layihəyə əsasən, maliyyə icarəsi verənlər kredit tarixçəsi məlumatlarını kredit bürolarına təqdim etməlidirlər. Bu, maliyyə bazarlarında şəffaflığın artırılmasına, borclanmanın düzgün qiymətləndirilməsinə və beynəlxalq reytinqlərdə mövqenin yaxşılaşmasına töhfə verəcək.

Həmçinin, maliyyə icarəsi verənlərin mühasibat uçotu və hesabatlılığı "Mühasibat uçotu haqqında" Qanuna uyğun aparılacaq, maliyyə hesabatları isə beynəlxalq standartlara uyğun şəkildə hazırlanaraq Mərkəzi Banka təqdim ediləcək.

Ümumilikdə, yeni qanun layihəsi maliyyə icarəsi bazarında hüquqi və institusional çərçivəni gücləndirməklə bu sahənin inkişafına və iqtisadi aktivliyin artmasına xidmət edəcək.

Qeyd edək ki, bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadə olunan "lizinq" termini (anlayışı) "maliyyə icarəsi" termini (anlayışı) ilə əvəz ediləcək (adlandırılacaq).

Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verən tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesab ediləcək:

maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ müəyyən edilib;

maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar müddətinin 75 faizindən artıqdır;

maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;

maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıqdır;

Geriyə maliyyə icarəsi maliyyə icarəsi müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək öhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.

Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsi verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti hesab ediləcək.

Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsi müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab ediləcək.

Maliyyə icarəsi verən (icarəyə verən) maliyyə icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesab ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş

Xəbər lenti

Rusiyada neft obyektinə dron hücumunun qarşısı alınıb Bu gün, 16:48 Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib Bu gün, 16:48 FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib Bu gün, 16:48 İkonadan ilhamlanıb: Yeni Porsche Cayenne Coupe Electric Bu gün, 16:48 Turan Topalova vəzifəsindən ayrıldı Bu gün, 16:48 Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ Bu gün, 16:48 Bağlanmış bankların əmlakları satışa çıxarılır – QİYMƏTLƏR Bu gün, 16:48 "Yandex"in top-meneceri balıq tutarkən həlak olub Bu gün, 16:48 "Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb Bu gün, 16:48 Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib Bu gün, 16:48 Bunu etməyənlərə məhdudiyyətlər tətbiq ediləcək Bu gün, 16:48 Talassemiya daşıyıcıları evlənərkən nəyə diqqət etməlidirlər? - Həkim TÖVSİYƏSİ Bu gün, 16:48 Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü Bu gün, 15:48 Bu ölkədə 22 buddist rahib 112 kq narkotiklə saxlanılıb Bu gün, 15:48 Telefonu yastığın altında saxlamaq beyin xərçənginə səbəb olur? Bu gün, 15:48 "People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər Bu gün, 15:48 Şikayətçi: Qonşunun qazıntısı və yağış suları evimi bu hala saldı Bu gün, 15:48 Ağcabədidə öldürülən Şaiq ANAMA əməkdaşı imiş: Yaxın günlərdə ata olacaqdı Bu gün, 15:48 İşə qəbulda yeni qaydalar: Bu şəxslərə məhdudiyyət qoyulacaq Bu gün, 15:48 Azərbaycanda "lizinq" ləğv OLUNUR? Bu gün, 15:48 Fərid Qayıbov: "Prezident Kuboku 2026" reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır" Bu gün, 15:48 Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir Bu gün, 14:48 Aygün Kazımova ilə Murad Arif Bakıda möhtəşəm festivalda çıxış edəcəklər Bu gün, 14:48 SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib Bu gün, 14:48 " Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub Bu gün, 14:48 Vüsalə Əlizadə bu məşhurlarla qohum oldu Bu gün, 14:48 Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib Bu gün, 14:48 Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? - Rəsmi Bu gün, 14:48 Ağdərədə "Prezident Kuboku 2026" beynəlxalq reqatası start götürüb Bu gün, 14:48 Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var Bu gün, 14:48 "AnewZ" "Somali - suverenlik uğrunda mübarizə" adlı filmi təqdim edib Bu gün, 13:48 Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək Bu gün, 13:48 Şakiranın konsertində FACİƏ: İşçi həyatını itirdi Bu gün, 13:48 Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir Bu gün, 13:48 Milli Məclis İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na görə təbrik edib Bu gün, 13:48 Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib Bu gün, 13:48 Mikayıl Cabbarov: "Azərbaycanın güləş komandası tarixində növbəti parlaq səhifə yazdı" Bu gün, 13:48 Meladzenin fəaliyyəti yoxlanıla bilər – Rusiyada çağırış edilib Bu gün, 13:48 Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub Bu gün, 12:48 MSK yenidən formalaşdırılır Bu gün, 12:48 İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib Bu gün, 12:48 Məleykə Abbaszadə: İmtahanda dinləmə aparatı ilə bağlı problemin olması normaldır Bu gün, 12:48 Şabranda güclü yağış fəsadlara səbəb olub Bu gün, 12:48 Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib Bu gün, 12:48 "Eşref Rüya"nın hər bölümündən 1.5 milyon qazanan aktrisanın LÜKS BAĞ EVİ Bu gün, 12:48 Ağcabədidə 2 nəfər qətlə yetirilib, şübhəli saxlanılıb Bu gün, 12:48 Bakıda məşhur gimnaziyada nə baş verir? - Rüşvət, bullinq iddialarına CAVAB GƏLDİ Bu gün, 12:48 Bu şəxslərə 400 manatlıq güzəşt EDİLƏCƏK Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR