
Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildirib.
Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü əmisi oğlu Həsən Mamedov qətlə yetiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, tərəflər ötən gün kənddəki toyun ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.
Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Mamedovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.
Fotoda Şaiq Mamedov:
![]()
*** 12:18
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri bağlı cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
*** 11:37
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir. Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.