
Bakı şəhərinin Yasamal rayonunda yerləşən Əlibaba Abdullayev küçəsi, ev 3 ünvanında yaşayan sakin ciddi təhlükə ilə üzləşdiyini bildirir.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə ev sahibi Namiq Əliyev məlumat verib.
Sakinin sözlərinə görə, qonşuluqda aparılan qeyri-qanuni təməl qazıntısı nəticəsində onun evi qəzalı vəziyyətə düşüb.
İddia olunur ki, yaxınlıqda aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb və bu, torpaq sürüşməsi riskini artırıb. Üstəlik, son günlər yağan güclü yağışlar vəziyyəti daha da ağırlaşdıraraq evin konstruksiyasına ziyan vurub.
Sakin məsələ ilə bağlı artıq 26-cı Polis Bölməsinə müraciət etdiyini bildirib.
Ərazidən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.