
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda avtomobil qəzasına düşüb.
AVESTA.AZ xəbər verir ki, bu gün baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəyal Rza bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O qəzadan fotolar paylaşaraq qəzanın necə baş verdiyindən bəhs edib:
"Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.