
Yaponiyanın Hokkaydo prefekturası ərazisində 6.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tokati bölgəsinin cənubunda, təxminən 80 kilometr dərinlikdə qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, zəlzələnin episentri Sarabetsu qəsəbəsindən 18 km qərbdə yerləşib. ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanların gücünü 6.1 bal olaraq qiymətləndirib. Yaponiya Meteorologiya Agentliyi (JMA) isə sunami təhlükəsinin olmadığını açıqlayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya ciddi dağıntı qeydə alınmayıb. Bununla belə, mütəxəssislər bölgədə afterşokların davam edə biləcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, Yaponiya Sakit okean "Od halqası" üzərində yerləşdiyi üçün tez-tez zəlzələlərlə üzləşir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.