
Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək.
Bu barədə AVESTA.AZ-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu dəyişiklik Nəqliyyatın Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən icra olunur.
"Öncə yolda nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkəti zamanı avtomobillər bir-birinə mane olduğundan hərəkət təhlükəsizliyi qorunmurdu", - məlumatda vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.