
Məşhur müğənni Ebru Gündeşin estetik əməliyyatının qiyməti açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, sənətçisi verdiyi konsertlərin birində müzakirə olunan estetik müdaxilə xəbərlərini təsdiqləyib.
Gündeş çıxışı zamanı üzündə dəyişiklik etdirdiyini gizlətməyərək, "yarım üz gərdirmə əməliyyatı keçirmişəm" sözləri ilə iddialara aydınlıq gətirib.
İddialara görə, sənətçi bu estetik əməliyyat üçün təxminən 222 min dollar vəsait xərcləyib. Onun estetik əməliyyatının qiyməti hamını şoka salıb.
Onun bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub, pərəstişkarları isə ifaçının yeni görünüşü barədə fərqli fikirlər səsləndiriblər.
Qeyd edək ki, son illərdə estetik əməliyyatlara marağın artması ilə bir çox məşhurlar bu cür müdaxilələrə açıq şəkildə münasibət bildirməyə başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.