
Azərbaycanın görkəmli xanəndəsi, Xalq artisti Arif Babayevin xatirəsi əbədiləşdirilib.
BAKU.WS xəbər verir ki, mərhum sənətkarın I Fəxri xiyabandakı məzarı üzərində qəbirüstü abidə ucaldılıb.
Yeni abidənin müəllifləri heykəltəraşlar Cavanşir Dadaşov və Nəriman Tağıyevdir. Kompozisiya sənətkarın səhnə obrazına uyğun şəkildə hazırlanıb və abidədə Arif Babayev əlində qaval ilə təsvir olunub.
Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin 1 avqust tarixində vəfat edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.