Dünən, 22:48 62

Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...

Son illərdə Avropa institutlarında baş verən qalmaqallar artıq bu qurumlardakı struktur böhranını açıq şəkildə ortaya qoyur.

Xarici dövlətlərdən rüşvət alınması, qərarların lobbi sifarişi ilə qəbul edilməsi, siyasi mandatların kommersiyalaşdırılması Avropa siyasətinin iç üzünü ortaya qoyur.

Avropa diplomatiyasında baş verən böyük geosiyasi manipulyasiyalar, sanksiya siyasətinin selektiv tətbiqi, siyasi qərarların arxasında müxtəlif iqtisadi mərkəzlərin dayanması vaxtilə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi olmuş Jozef Borrelin fəaliyyəti dövründə xüsusilə intensivləşmişdi. Qəbul edilən bir sıra strateji qərarlar Avropa xalqlarının maraqlarına deyil, gizli siyasi və maliyyə mərkəzlərinin tapşırıqlarına uyğun formalaşdırılırdı.

Ümumiyyətlə, Avropa İttifaqı qurumlarının çətirinin altında olan beynəlxalq təşkilatlar üçün xarakterik korrupsiya formaları kimi lobbiçilik və onun korrupsiyaya keçidini qeyd etmək lazımdır. Xüsusilə etnik lobbi qruplar, onlara məxsus kommersiya şirkətlərin və ya qrupların Aİ-nin qərar qəbuluna təsiri üçün axıtdıqları maliyyə diqqət çəkir.

Digər tərəfdən, çox böyük büdcələri olan təşkilatlar, fondlar, kənd təsərrüfatı subsidiyaları, satınalmalar və s. kimi əməliyyatlar zamanı korrupsiya halları da mövcuddur. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, korrupsiya və separatizmə dəstəyi ilə tanınan Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici kadrlar bu reallığı bir daha təsdiqlədi. Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən keçmiş prokurorun həyat yolunda kifayət qədər qaranlıq və qalmaqallı məqamlar var.

AVESTA.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib. Milli Məclisin deputatı qeyd edib ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın ifşa olunan kadrları Avropa qurumlarında kök salmış siyasi korrupsiyaya işıq salır.

Keçmiş prokuror kadrlarda bildirir ki, erməni lobbisinin əsas məqsədi Ermənistanda baş nazir Paşinyanı devirməkdən ibarətdir.

Prokuror Avropa strukturlarının Ermənistanda əhalini kütləvi etirazlara səsləməklə yanaşı, Avropa Parlamentindəki adamları vasitəsilə Ermənistana siyasi təzyiqlər etmək üçün işlərin aparıldığını bildirir və diqqətə çatdırır ki, onun Avropa qurumlarında J. Borrel kimi adamı var.

Bu faktlar təsdiqləyir ki, bir çox dairələrdə lobbi maraqları və şəxsi mənfəət ədalət və humanizm dəyərlərinin yerini alıb. Adıçəkilən şəxslərin Azərbaycana qarşı təhdid və təzyiqlərinin əsl səbəbi fundamental insan hüquqları yox, tutduğu vəzifədən, qurduğu əlaqələrdən istifadə edərək dövlətlərarası münasibətlərə neqativ təsir göstərməklə, Avropa İttifaqı, onun parlamenti və digər beynəlxalq qurumlara təsir etməklə sərvət əldə etməkdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar, regionda sülhün təmin olunması, Azərbaycan və Ermənistan arasında danışıqlarda əldə edilən irəliləyişlər bəzi dairələri ciddi şəkildə narahat edir. Nikol Paşinyanın Qarabağın Ermənistana məxsus olmadığını, bu məsələnin erməniləri inkişafdan saxladığını bildirməsi həmin dairələri, erməni lobbisini Paşinyana qarşı hərəkətə gətirib.

Həmin qüvvələr yayda keçiriləcək seçkidən yararlanmağa, Ermənistanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Onların məqsədi regionda münaqişə yaratmaq, sülh prosesini pozmaq və bununla da öz maraqlarını reallaşdırmaqdır.

Bunun üçün Okampo, Borrel kimi korrupsiyonerlərdən istifadə edirlər. İfşa olunan kadrlar bu şəxslərin əsl simalarını ortaya qoyur. Aİ-nin rəhbərliyində təmsil olunmuş, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş şəxslər insan hüquqularından, demokratiyadan, qanunlardan dəm vurduqları halda reallıqda fırıldaqçılıq, korrupsiya ilə məşğul imişlər.

Amma həmin qüvvələr unudurlar ki, artıq Cənibi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Azərbaycan Qarabağı işğaldan azad etməklə gücünü bütün dünyaya göstərib, Ermənistanda isə nəhayət, gec də olsa münaqişənin onlara zərərdən başqa heç bir şey verməyəcəyini anlayıblar. Bu səbəbdən də xarici anti-Azərbaycan dairələrinin apardıqları qərəzli kampaniyalar uğursuzluğa məhkumdur.

Paylaş

Xəbər lenti

Səyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? Dünən, 23:48 Hindistanda kater qəzaya uğrayıb, ölənlər var Dünən, 23:48 Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb Dünən, 23:48 "Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib Dünən, 23:48 Prezident: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər Dünən, 23:48 ABŞ-də benzin qiymətləri son 4 ilin maksimumuna çatıb Dünən, 22:48 Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər Dünən, 22:48 Ronaldu karyerasını başa çatdırmasından danışdı Dünən, 22:48 Bakıda evinin kvadratı az olan vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR Dünən, 22:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirib Dünən, 22:48 Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır Dünən, 22:48 Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya... Dünən, 22:48 Saar "Sumud" donanması gəmilərinin saxlanılması barədə: Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik Dünən, 21:48 Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA Dünən, 21:48 Maliyyə Nazirliyində AYİB ilə əməkdaşlığın perspektivləri müzakirə olunub Dünən, 21:48 Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq Dünən, 21:48 Dizel mühərrikli avtomobillər qadağan edilir? Dünən, 21:48 "Neftçi" Vensan Abubakarla yolları niyə ayırmaq istəyir? Dünən, 20:48 Türkiyə XİN: "Qlobal Sumud Donanması"na hücum dəniz quldurluğu aktıdır Dünən, 20:48 Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR Dünən, 20:48 Ermənistan məhkəməsi Samvel Karapetyan barəsində ev dustaqlığını qüvvədə saxlayıb Dünən, 20:48 Dağıstan rəhbəri Sergey Melikov vəzifəsini tərk edir Dünən, 20:48 Media nümayəndələri üçün "WUF13 Media Kit" hazırlanıb Dünən, 20:48 "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir Dünən, 19:48 Balakən sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Tramp yenidən Mertsi tənqid edib: O, tamamilə faydasız oldu Dünən, 19:48 Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb Dünən, 19:48 Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır Dünən, 18:48 Bu qida allergiya riskini azaldır Dünən, 18:48 Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - Sabah gün ərzində... Dünən, 18:48 "Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu Dünən, 18:48 Bu rayonda 1, 2 və 3 otaqlı mənzillər pulsuz veriləcək Dünən, 18:48 Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq Dünən, 18:48 Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı Dünən, 18:48 "Prezident Kuboku 2026": İkinci yarış gününün qalibləri mükafatlandırılıb Dünən, 17:48 Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü Dünən, 17:48 Əməkdar artistin səhhətində problem yaranıb: "İnsult keçirdim, 2 dəfə onurğadan əməliyyat olundum" Dünən, 17:48 Çörək bahalaşacaq? - Agentlik RƏSMƏN açıqladı Dünən, 17:48 Polisin saxladığı makler 4 aylıq - Həbs edildi Dünən, 17:48 Şarliz Teronun radikal qərarı hamını təəccübləndirdi Dünən, 17:48 Küçə rəssamı Benksinin imzası olan heykəl tapıldı Dünən, 17:48 Karyerasını tez bitirən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI Dünən, 17:48 Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım" Dünən, 17:48 Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI Dünən, 16:49 AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu Dünən, 16:49 Qətnamə böhranı: Ermənistan mövzusu Avroparlamenti necə tərəf edir? Dünən, 16:48 Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır Dünən, 16:48 Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR