
Bir vaxtlar moda və fitnes dünyasının tanınmış simalarından olan Loni Uilison hazırda ABŞ-də küçələrdə yaşamaq məcburiyyətində qalıb.
AVESTA.AZ xəbər verir ki, bir dövr jurnalların üz qabığında yer alan və fitnes məşqçisi kimi fəaliyyət göstərən keçmiş model hazırda Los-Anceles küçələrində evsiz həyat sürür. O, tez-tez alış-veriş arabası ilə gəzərkən və zibildən qida axtararkən görüntülənir.
1980-ci illərdə doğulan Uillison 2000-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayıb. Onun həyatı 2012-ci ildə Ceremi Cekson ilə evliliyindən sonra daha çox diqqət mərkəzinə düşüb.
Bildirilir ki, 2014-cü ildə boşanmadan sonra psixoloji problemlər və asılılıq keçmiş modelin həyatında ciddi dönüş nöqtəsi olub. Nəticədə o, işini, evini və maddi imkanlarını itirib.
Mətbuatda qeyd olunur ki, Uillison uzun müddətdir ona təklif olunan yardımları qəbul etmir. Onun hekayəsi psixoloji problemlər və asılılığın insan həyatına təsirinin ağır nəticəsi kimi qiymətləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.