Bu gün, 14:48 41

Polkovnikin oğlunu qətlə yetirən şəxs:

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rihat Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, Rihat Kamal oğlu Cəfərov bir neçə epizod üzrə ictimai qaydanı kobud surətdə pozma, xuliqanlıq və qəsdən adam öldürmə cinayətlərində təqsirləndirilir.

Belə ki, o, 2025-ci ildə gecə saatlarında Gəncə şəhərindəki marketlərdən birinin yaxınlığında əvvəllər aralarında yaranmış mübahisəni bəhanə edərək tanışı, 2007-ci il təvəllüdlü zərərçəkmiş Maqsud Zabilova (soyadı şərtidir) hücum edib. Təqsirləndirilən şəxs üzərində saxladığı, istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə zərərçəkmiş şəxsin sağ bud nahiyəsinə iki dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər alıb. Bu əməl ictimai qaydanı kobud şəkildə pozmaqla müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

İttihamda göstərilən digər epizod isə daha ağır nəticələrlə müşayiət olunub.

Belə ki, Rihat Cəfərov həmin ilin oktyabrında Gəncə şəhəri, "Mahrasa bağı" ərazisində yerləşən yaşayış binasının qarşısında tanışı, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb.

Belə ki, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi deşici-kəsici alətdən istifadə edərək Vaqifə bir neçə zərbə endirib. Zərbələr nəticəsində zərərçəkmiş şəxs əvvəlcə bədənin müxtəlif nahiyələrində - diz və əl nahiyələrində yüngül xəsarətlər alıb. Daha sonra isə döş qəfəsinin ön səthinə vurulan zərbə nəticəsində sol ağciyərin zədələnməsi ilə müşayiət olunan, daxili və xarici qanitirməyə səbəb olan, həyat üçün təhlükəli ağır xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Beləliklə, Rihat Cəfərov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, eləcə də silah qismində istifadə olunan əşya ilə törədilən təkrar xuliqanlıq əməlində ittiham olunur.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Rihat Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, xuliqanlıqla bağlı epizod üzrə özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab etdiyini, lakin qəsdən adam öldürmə ittihamını qəbul etmədiyini söyləyib.

İfadəsində Rinat qeyd edib ki, ilk hadisə zamanı Maqsud Zabilov onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayaraq onu nüfuzdan salmağa çalışıb. Onun sözlərinə görə, tərəflər təsadüfən qarşılaşıb və mübahisə zamanı ilk zərbəni qarşı tərəf vurub. Bundan sonra Rinat əvvəlcə yumruqla, daha sonra isə bıçaqla zərbə endirdiyini etiraf edib və bunu qisas almaq məqsədi ilə törətdiyini bildirib.

İkinci, daha ağır nəticəli hadisə ilə bağlı isə Rihat Cəfərov söyləyib ki, zərərçəkmiş Vaqiflə səhər saatlarında təsadüfən qarşılaşıb. Onun sözlərinə görə, tərəflər arasında əvvəlcə sözlü dialoq olub, daha sonra isə vəziyyət gərginləşib. O qeyd edib ki, qarşı tərəfin də üzərində bıçaq olduğunu görüb və bunu təhlükə kimi qiymətləndirib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ilk olaraq Vaqifin diz nahiyəsinə zərbə vurmaqla onu uzaqlaşdırmaq istəyib. Lakin onun geri çəkilmədiyini və üzərinə gəldiyini gördükdə ikinci dəfə bıçaqla zərbə endirib. Rinat bu hərəkətlərini özünü müdafiə məqsədi ilə etdiyini deyib və zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmadığını bildirib.

Həmçinin o, hadisə zamanı özünün də xəsarət aldığını qeyd edib və törətdiyi əməldən peşman olduğunu vurğulayıb.

Məhkəmənin hökmü ilə Rinat Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli polkovnik-leytenantın oğlu imiş. Onun atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb, Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Paylaş

Xəbər lenti

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib Bu gün, 15:48 TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olunub Bu gün, 15:48 "Bayern" - "PSJ" matçının hakimi bilindi - Parislilər onunla kubok qaldırıb Bu gün, 15:48 Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq Bu gün, 15:48 Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI Bu gün, 15:48 Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA Bu gün, 15:48 "Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir Bu gün, 15:48 Tağıyev qəsəbəsinə gedən yolda sürücülər üçün ciddi TƏHLÜKƏ - Bu yolda maşınların təkəri sıradan çıxır Bu gün, 15:48 Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 14:48 Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub Bu gün, 14:48 "Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı Bu gün, 14:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib Bu gün, 14:48 Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al! Bu gün, 14:48 Polkovnikin oğlunu qətlə yetirən şəxs: "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım" Bu gün, 14:48 Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başlanıb Bu gün, 14:48 Ötən ay 18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb Bu gün, 14:48 Teyani Reynders "Mançester Siti"ni tərk edə bilər - "Real Madrid" namizədlər arasındadır Bu gün, 14:48 İran: ABŞ-dən alınan son cavab ekspertlər tərəfindən qiymətləndirilir Bu gün, 14:48 Gündüz atasını dəfn edən aktyor, axşam səhnəyə çıxdı Bu gün, 14:48 Ağdaşda avtomobil TIR-la toqquşub, ölən var Bu gün, 13:48 İlham Əliyev İrəvanda keçirilən tədbirdə videobağlantı formatında çıxış etdi Bu gün, 13:48 Sabah əsl yaz havası olacaq Bu gün, 13:48 Vüqar Məmmədov başqa təcridxanaya köçürüləcək - QƏRAR Bu gün, 13:48 Sürücünün tələskənliyi qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ Bu gün, 13:48 Bəzi hallarda kənd təsərrüfatı torpaqlarında yaşıllıqların kəsilməsinə icazə veriləcək Bu gün, 13:48 Finlandiya xarici dronlarla bağlı yeni risklər gözləyir Bu gün, 13:48 Bu aktyorların qonorarlarının azaldılması istənildi Bu gün, 13:48 İldırımın vurub öldürdüyü gəncin FOTOSU Bu gün, 13:48 Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir Bu gün, 13:48 Almaniyada "Hells Angels" əməliyyatı: 67 nəfər saxlanıldı, lider həbs olundu Bu gün, 13:48 Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU Bu gün, 12:48 Bakıda klinikadan 5000 manat oğurluq - Kassir saxlanıldı Bu gün, 12:48 Qəbələdə WUF13 Festivalı başlayıb Bu gün, 12:48 Ləhiş bağları istiqamətində GÖRÜNMƏYƏN TƏHLÜKƏ Bu gün, 12:48 Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb Bu gün, 12:48 Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edir Bu gün, 12:48 İlham Əliyev: Bu gün Azərbaycan və Ermənistan arasında sülh - reallıqdır Bu gün, 12:48 Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib Bu gün, 12:48 İlham Əliyev Avropa Parlamentini tənqid edib Bu gün, 12:48 Paşinyan: "Avropa Siyasi Birliyi" Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb Bu gün, 12:48 Parlamentlərarası İttifaqın baş katibi Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Hindistanda fil hücumu: sürücünü öldürdü, cəsədin yanında saatlarla qaldı Bu gün, 12:48 İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir Bu gün, 12:48 Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların nəzərinə - DİM-dən XƏBƏRDARLIQ Bu gün, 11:48 Fuad Muradov Vyetnama səfər edib, Azərbaycan icması ilə görüşüb Bu gün, 11:48 Lənkəran sakinlərinin NƏZƏRİNƏ Bu gün, 11:48 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR