Bu gün, 21:48 106

Dünya mətbuatı Azərbaycan Prezidentinin

Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dərc olunan xəbərlərdə Prezidentin çıxışı həm Azərbaycan-Ermənistan sülh prosesində praktik əməkdaşlığın formalaşması, həm də Avropa institutları ilə siyasi gərginliklər fonunda davam edən diplomatik qarşıdurma kimi iki paralel xətt üzrə təqdim olunur.

İtaliyanın "Agenzia Nova" informasiya agentliyindəki xəbər, əsasən, Prezident İlham Əliyevin çıxışı üzərindən Azərbaycan-Ermənistan münasibətlərində faktiki sülh mühitinin formalaşdığını vurğulayır, bunu iqtisadi və nəqliyyat əməkdaşlığı ilə əsaslandırır. Məqalədə, həmçinin Avropa institutlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə ikili standartlar tətbiq etməsi Prezident İlham Əliyevin əsas tənqid xətti kimi təqdim olunur. Xəbərdə Azərbaycanın öz mövqeyini daha sərt və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırdığı vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyev Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamələri "təhqir və yalanlarla dolu" adlandıraraq onları açıq şəkildə tənqid edib. O, həmçinin vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə fərqli yanaşmaların sərgilənməsi qəbuledilməz hesab olunur.

İsveçrənin "Swissinfo" portalında dərc olunan məqalə də Azərbaycan Prezidentinin çıxışını ön plana çıxararaq onun Avropa institutlarını qərəzli münasibətdə ittiham etdiyini və bunu Azərbaycanın ərazi bütövlüyünə münasibətdə fərqli yanaşmalarla əlaqələndirdiyini bildirir. Məqalədə, eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlərin, xüsusilə iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın baş verdiyi vurğulanır. "Swissinfo"nun yanaşmasında diqqət çəkən məqam odur ki, həm tənqidi ritorika, həm də sülh prosesindəki müsbət dinamika paralel şəkildə təqdim olunur və bu, regionda vəziyyətin hələ də mürəkkəb, çoxşaxəli olduğunu göstərir. Ümumilikdə material Prezident İlham Əliyevin mövqeyini çatdırmaqla yanaşı, prosesin həm siyasi gərginlik, həm də əməkdaşlıq elementlərini eyni vaxtda ehtiva etdiyini göstərir. Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanla sülh prosesinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiqləyib və iki tərəf arasında dialoqun vacibliyini vurğulayıb.

Argentinanın "Infobae" saytında yayımlanan məqalə də əsas diqqəti Prezident İlham Əliyevin çıxışına yönəldərək onun Avropa institutlarını ikili standartlarda ittiham etdiyini ön plana çıxarır. Yazıda qeyd olunur ki, Prezident Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu vurğulayır və bunu konkret iqtisadi və nəqliyyat addımları ilə əsaslandırır. Məqalə, həmçinin Azərbaycan Prezidentinin Avropa Parlamenti və digər qurumların qəbul etdiyi qətnamələri kəskin tənqid etdiyini və bu yanaşmanı ədalətsiz hesab etdiyini oxucuya çatdırır. Ümumilikdə yazıda həm sülh prosesində müsbət dinamika, həm də siyasi ritorikadakı gərginlik paralel şəkildə göstərilərək regiondakı vəziyyətin hələ də mürəkkəb olduğu vurğulanır.

Rusiyanın "Kommersant" nəşrində "Əliyev Avropa Parlamentini Ermənistanla sülh prosesini sabotaj etməkdə günahlandırdı" sərlövhəsi ilə dərc olunan məqalə Azərbaycan Prezidentinin çıxışını daha çox siyasi kontekstdə təqdim edərək onun həm sülh prosesi ilə bağlı nikbin mesajlar verdiyini, həm də Qərb institutlarını kəskin tənqid etdiyini vurğulayır. Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti ölkəsi ilə Ermənistan arasında faktiki olaraq sabitlik yarandığını və iqtisadi əlaqələrin artıq başladığını bildirir. Eyni zamanda, Avropa strukturlarına yönələn "ikili standartlar" ittihamı və qəbul edilən qətnamələrə qarşı sərt ritorika xüsusi olaraq qabardılır. Nəşr bu çıxışı həm regional sülh prosesində irəliləyişin göstəricisi, həm də Qərblə münasibətlərdə artan siyasi gərginliyin əlaməti kimi təqdim edir.

Rusiya mətbuatında (KP, "Российская газета", "İzvestiya", "Interfaks", TASS, RBC, "Vesti" və digər media qurumlarında) yayılan materiallarda da ümumilikdə eyni xətt izlənilir. Prezident İlham Əliyevin çıxışı əsas götürülərək onun Avropa institutlarını, xüsusilə Avropa Parlamentini və Avropa Şurası Parlament Assambleyasını sülh prosesinə mane olmaqda və ya sabotajda ittiham etdiyi vurğulanır. Bu materiallarda, həmçinin qeyd olunur ki, rəsmi Bakı Avropa Komissiyasından fərqli olaraq bu qurumların mövqeyini daha qərəzli hesab edir və qəbul edilən qətnamələri Azərbaycan-Ermənistan normallaşma prosesinə zidd addım kimi qiymətləndirir.

Ümumi olaraq Rusiya mediası xəbəri iki əsas xətt üzrə təqdim edir. Bir tərəfdən Cənubi Qafqazda sülh prosesinin irəliləməsi, digər tərəfdən isə Qərb institutları ilə siyasi ziddiyyətlərin dərinləşməsi. Bu yanaşma regiondakı diplomatik prosesin həm pozitiv dinamika, həm də geosiyasi gərginliklə paralel getdiyini göstərir.

Mərakeşin A5R5BR adlı xəbər platforması da əsasən Prezident İlham Əliyevin Avropa institutlarına yönəltdiyi tənqidlərə fokuslanır və xüsusilə Avropa Parlamentini sülh prosesinə müdaxilə etməkdə və onu zəiflətməkdə ittiham etməsini ön plana çıxarır. Məqalədə qeyd olunur ki, Avropa institutlarının bu ittihamları Azərbaycan-Ermənistan normallaşmasının artıq həssas mərhələyə keçdiyi bir vaxtda səsləndirilib və siyasi gərginliyi artıran amildir. Eyni zamanda, materialda Avropa tərəfinin sülh prosesinə təsir edən aktor kimi göstərilməsi və Bakı ilə Brüssel arasında münasibətlərdə soyuqluğun artması vurğulanır. Ümumilikdə Mərakeş mediasının təqdimatı prosesi həm irəliləyiş, həm də siyasi qarşıdurma elementləri olan mürəkkəb geosiyasi vəziyyət kimi təsvir edir.

Livan Milli Xəbər Agentliyinin (NNA Lebanon) yayımladığı material da, əsasən, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammitindəki çıxışını çatdırır və onun Avropa Parlamentini Ermənistan-Azərbaycan sülh prosesinə mənfi təsir göstərməkdə ittiham etdiyini ön plana çıxarır. Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti bu qurumun qəbul etdiyi qətnamələri və ümumi yanaşmasını regiondakı normallaşma prosesinə zidd addım hesab edir. Eyni zamanda, materialda Azərbaycan və Ermənistan arasında sülhün artıq müəyyən mərhələyə çatdığı və praktiki əməkdaşlıq elementlərinin formalaşdığı da vurğulanır.

Birləşmiş Ərəb Əmirliklərinin "Voice of Emirates" nəşri tərəfindən yayımlanan xəbərdə əsas vurğu ondan ibarətdir ki, Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərin dayandırıldığını elan edib və bu addımı qurumun Azərbaycan-Ermənistan sülh prosesinə mane olması ilə əsaslandırıb. Məqalədə bildirilir ki, Bakı Avropa Parlamentini son illərdə qəbul etdiyi qətnamələr və siyasi mövqelərlə qərəzli yanaşmada ittiham edir və bunu ikitərəfli münasibətlərin kəskinləşməsi kimi təqdim edir. Eyni zamanda, materialda Azərbaycanın artıq əvvəlcədən əlaqələri faktiki olaraq məhdudlaşdırdığı və indi bu prosesi rəsmi siyasi qərara çevirdiyi qeyd olunur. Ümumilikdə xəbər hadisəni həm diplomatik münasibətlərin donması, həm də regionda sülh prosesinin davam etdiyi bir vaxtda Qərb institutları ilə siyasi qarşıdurmanın güclənməsi kimi təqdim edir.

Gürcüstan mətbuatında da (1TV, IPRESS, On.ge, Netgazeti, NewsHub və digər media qurumları) yayılan materiallar ümumilikdə Prezident İlham Əliyevin çıxışını eyni əsas xətt üzrə təqdim edir. Belə ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq faktiki sülh mühitinin formalaşdığı və tərəflər arasında müəyyən sabitliyin yarandığı vurğulanır. Xüsusilə iqtisadi əlaqələr, tranzit layihələri və regional kommunikasiya xətləri bu irəliləyişin praktiki göstəriciləri kimi təqdim olunur.

Eyni zamanda, məqalələrdə Prezident İlham Əliyevin Avropa institutlarını, xüsusilə Avropa Parlamentini və AŞPA-nı ikili standartlarda və sülh prosesinə mənfi təsir göstərməkdə ittiham etməsi geniş yer alır. Gürcüstan mediası bu ritorikanı regional diplomatik gərginliyin bir hissəsi kimi göstərir, lakin eyni vaxtda sülh gündəliyinin uğurla davam etdiyini də vurğulayır. Ümumilikdə bu nəşrlər hadisəni iki paralel proses kimi təqdim edir: Bir tərəfdən Cənubi Qafqazda normallaşma və əməkdaşlıq, digər tərəfdən isə Qərb institutları ilə siyasi fikir ayrılıqlarının davam etməsi.

Paylaş

Xəbər lenti

İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib Bu gün, 22:48 Xırdalanda avtobus səki ilə hərəkət etdi Bu gün, 22:48 İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub Bu gün, 22:48 İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb Bu gün, 22:48 Rusiya müvəqqəti atəskəs elan edib Bu gün, 22:48 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi Bu gün, 21:48 "Qarabağ"ın ulduzuna Avropadan təklif Bu gün, 21:48 16 yaşlı övladını evləndirmək istəyən ata həbs olundu Bu gün, 21:48 Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır Bu gün, 21:48 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"a qalib gəldi Bu gün, 21:48 Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır Bu gün, 20:48 Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır Bu gün, 20:48 SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər Bu gün, 20:48 İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 20:48 Prezident: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır Bu gün, 20:48 Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir Bu gün, 20:48 Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək Bu gün, 20:48 BƏƏ-yə PUA hücumu olub, neft obyektində yanğın baş verib Bu gün, 20:48 "Neftçi"nin şikayəti təmin edilmədi Bu gün, 19:48 İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib Bu gün, 19:48 Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb Bu gün, 19:48 Bu rayonun 4 kəndində qaz olmayacaq Bu gün, 19:48 "Google"un Azərbaycanda bazar payı artıb, "ChatGPT"nin isə azalıb Bu gün, 19:48 İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi Bu gün, 18:48 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı Bu gün, 18:48 Paşinyan "Avropa Siyasi Birliyi"nin sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 18:48 "Space"in yeni rəhbəri kimdir? - DOSYE Bu gün, 18:48 İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 18:48 İstilik enerjisi ilə bağlı qayda təsdiqləndi - Noyabrın 1-dən mayn 1-dək... Bu gün, 18:48 Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb Bu gün, 18:48 İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB Bu gün, 18:48 İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir Bu gün, 18:48 Türkiyə və Ermənistan arasında müqavilə imzalandı Bu gün, 18:48 WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ Bu gün, 17:48 Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır Bu gün, 17:48 Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb Bu gün, 17:48 Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir Bu gün, 17:48 Hava ilə bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ Bu gün, 17:48 "Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ Bu gün, 16:50 Nəsrin Cavadzadənin nikahından görüntülər yayıldı Bu gün, 16:49 Filippində 6 bal gücündə zəlzələ olub Bu gün, 16:49 Rusiyada vətəndaşlıq üçün rüsum artırıla bilər – yeni qanun layihəsi təqdim olunub Bu gün, 16:49 Qaraheybət təlim mərkəzində bədbəxt hadisə Bu gün, 16:49 Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM Bu gün, 16:49 Azərbaycanda bəzi cərimələr ləğv olunacaq Bu gün, 16:48 Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ Bu gün, 16:48 Tramp Hörmüz boğazı üçün "Azadlıq layihəsi"ni elan etdi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR