5-05-2026, 11:48 361

"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir.

"Qafqazinfo" xəbər verir ki, bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.

2016-cı ildə Bakı-Komatsu marşrutu üzrə ilk uçuşunu həyata keçirdikdən sonra aviaşirkət Yaponiyadakı marşrut şəbəkəsini genişləndirərək Kansai və Narita istiqamətlərini də bu şəbəkəyə daxil edib. Hazırda "Silk Way West Airlines" Yaponiyaya həftədə iki uçuş həyata keçirir və bu ölkə ilə aviaşirkətin geniş beynəlxalq şəbəkəsi arasında mühüm yük bağlantısı yaradır.

Son on il ərzində "Silk Way West Airlines" Yaponiya istiqamətləri üzrə təxminən 1300 uçuş həyata keçirib və 145 000 tondan çox yük daşıyıb. Bu göstəricilər Yaponiya bazarının aviaşirkət üçün əhəmiyyətini və şirkətin regionda dayanıqlı iştirakını əks etdirir.

"Silk Way West Airlines"in Yaponiyaya uçuşlarının 10 illiyi Yaponiya hava yükdaşımaları bazarının davamlı artım dövrünə təsadüf edir. Qiymətləndirmələrə görə, 2025-ci ildə bazarın həcmi əvvəlki illə müqayisədə təxminən 12% artıb. Asiyanın aparıcı hava yük qovşaqlarından biri olan Yaponiya inkişaf etmiş infrastrukturu, müntəzəm beynəlxalq əlaqələri və yüksək dəyərli, vaxt baxımından həssas yüklərin daşınmasına xüsusi diqqəti ilə regional və qitələrarası ticarət axınlarının təmin edilməsində mühüm rol oynayır.

Bakıdakı habının imkanlarından istifadə edən "Silk Way West Airlines" Yaponiya ilə Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və digər regionların bazarları arasında yük axınlarının inkişafına töhfə verir.

Yaponiyaya uçuşların 10 illiyi münasibətilə Tokioda yerləşən "The Ritz-Carlton" otelində tərəfdaşların, mülki aviasiya qurumlarının, səfirliklərin və dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə təntənəli tədbir keçirilib.

Tədbiri şərh edən "Silk Way Group"un prezidenti Zaur Axundov bildirib ki, Yaponiyaya uçuşların on illiyi "Silk Way West Airlines"in bu bazarda illər ərzində formalaşdırdığı güclü tərəfdaşlığın mühüm göstəricisidir: "Biz Yaponiyadakı müştərilərimizin və tərəfdaşlarımızın etimadını yüksək qiymətləndiririk və regionlarımız arasında etibarlı yük marşrutlarını inkişaf etdirməklə bu əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik".

Yaponiya "Silk Way West Airlines" üçün strateji əhəmiyyətli bazar olaraq qalır və Şərqlə Qərb arasında ticarət əlaqələrinin möhkəmləndirilməsində xüsusi yer tutur.

"Silk Way West Airlines" haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan "Silk Way West Airlines" 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.

Paylaş

Xəbər lenti

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR