
Müğənni Seda Sayan illər əvvəl mərhum prodüser Erol Köse ilə yaşadığı qalmaqaldan danışıb.
AVESTA.AZ xəbər verir ki, verilişlərdən birinə qonaq olan Seda mərhum prodüserin başına çanta çırpdığını etiraf edib.
O aparıcının "Heç olubmu ki, "artıq bəsdir" deyib dözməyərək kiməsə hücum edəsiniz?" sualına belə cavab verib:
"Axırıncı dəfə mərhum Erol Köseni döydüm. "Balenciaga" çanta da ağır idi, başına çırpdım.
Allah rəhmət eləsin, o yatdıqca biz yaşayaq, tövbə-tövbə. Döyərəm ha, pis döyərəm! Amma dostumu oğurluqda ittiham etmişdi. Bir də sərxoş idi, işimə də yaradı, onu yaxşıca döydüm" - deyə Seda Sayan bildirib.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.