
İranın paytaxtı Tehran şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğın faciə ilə nəticələnib.
AVESTA.AZ xəbər verir ki, şəhərin Şəhriyar bölgəsində qeydə alınan yanğın zamanı 8 nəfər həyatını itirib, 36 nəfər isə xəsarət alıb.
Yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilir. Hadisə yerinə xilasedici qüvvələr cəlb olunub və yanğın söndürülüb.
Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.