
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.
AVESTA.AZ "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.
Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.
Fotoda general-leytenant Ceyhun Həsənov
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.