Bu gün, 17:48 68

İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib

İqtisadiyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib, tədbir çərçivəsində dövlət başçısının sərəncamları ilə təltif olunmuş əməkdaşlara medallar təqdim edilib.

BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə güclü iqtisadi və infrastruktur bazası qurulub, milli kadr potensialı formalaşdırılıb və Azərbaycan xammal yönümlü ölkədən qabaqcıl sənaye ölkəsinə çevrilib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ən böyük xidmətlərindən biri milli dövlətçiliyin xilası və ölkənin yeni iqtisadi inkişaf modelinin əsasının qoyulmasıdır. 1994-cü ildə böyük transmilli şirkətlərlə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın qlobal enerji bazarına inteqrasiyasını təmin edərək iri beynəlxalq investisiyaların cəlb olunmasına şərait yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi dirçəliş strategiyasını müəyyən edib, iqtisadi fəallığın bərpasına nail olub. Həyata keçirilən islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub, sahibkarlığın inkişafı üçün hüquqi baza formalaşdırılıb, iqtisadi sahələr üzrə inkişaf baş verib, yeni sənaye sahələri yaradılıb.

Qeyd olunub ki, Heydər Əliyevin inkişaf strategiyası müasir dövrdə Prezident İlham Əliyev tərəfindən yeni uğurlarla davam etdirilir. Azərbaycanın iqtisadi gücü və beynəlxalq nüfuzu daha da artıb. Ölkəmiz dünyada önəmli layihələrin təşəbbüsçüsünə, regionun inkişafına və Avropanın enerji təhlükəsizliyinə töhfə verən qüdrətli dövlətə çevrilib.

Ulu Öndərin ölkəmizdə insan kapitalının inkişafı istiqamətində strateji yanaşması da bu gün uğurla tətbiq olunur. Həmçinin dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, bu sahədə yüksək hazırlıqlı kadrların formalaşdırılması diqqət mərkəzindədir.

Tədbir çərçivəsində dövlət başçısının sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib.

Tədbirdə xidmətdə fərqlənən əməkdaşların təltif edilməsinə görə Nazirliyin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.

** 14:37

Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilmiş İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan qurumların əməkdaşlarına medallar təqdim edilib.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan dövlət quruculuğu və güclü idarəetmə modeli Azərbaycanın dayanıqlı inkişafının bünövrəsidir: "Ulu Öndərin milli intibah fəlsəfəsi dövlət siyasətində fundamental inkişaf prioritetlərinin formalaşdırılmasına və iqtisadiyyatımızın strateji inkişafına təkan verib. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndərin dövlətimizin tərəqqisi yolunda misilsiz xidmətlərini dərin rəğbət və böyük qürur hissi ilə vurğuladıq".

Paylaş

Xəbər lenti

Sürücülərin bal limiti artırıla bilər? Bu gün, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Bu gün, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Bu gün, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Bu gün, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Bu gün, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Bu gün, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Bu gün, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Bu gün, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Bu gün, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Bu gün, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Bu gün, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Bu gün, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Bu gün, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Bu gün, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Bu gün, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Bu gün, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Bu gün, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Bu gün, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Bu gün, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Bu gün, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Bu gün, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Bu gün, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Bu gün, 15:48 "Gənclik" parkının yanında  prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal" Bu gün, 15:48 Nanə Ağamalıyeva "Xatırla"nı təqdim etdi Bu gün, 15:48 AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik Bu gün, 15:48 Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır Bu gün, 15:48 Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq Bu gün, 15:48 Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb Bu gün, 15:48 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar Bu gün, 15:48 Tehranda ticarət mərkəzində yanğın: 8 nəfər ölüb Bu gün, 15:48 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI Bu gün, 15:48 Rubl ZƏİFLƏYİR - Ekspertlər xəbərdarlıq etdilər Bu gün, 14:48 Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür" Bu gün, 14:48 Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? - VACİB AÇIQLAMA Bu gün, 14:48 Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Bu gün, 14:48 Qubanın üç kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb Bu gün, 14:48 Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı Bu gün, 14:48 Naxçıvanda daha bir həkim öldü Bu gün, 14:48 "Yüksəliş"in altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb Bu gün, 13:48 Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb" Bu gün, 13:48 Paytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏ Bu gün, 13:48 Kolumbiyada bombalı hücum: 14 nəfər ölüb Bu gün, 13:48 Maskdan süni intellektlə bağlı XƏBƏRDARLIQ: "Nəzarətsiz inkişaf təhlükəlidir" Bu gün, 13:48 Trampdan Çinə gözlənilməz təklif: ABŞ neftindən istifadə edin Bu gün, 13:48 Son dəqiqələrdə finala vəsiqə qazandı Bu gün, 13:48 Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir? Bu gün, 13:48 Mövlud Çavuşoğlunun qardaşı güllələnib, reanimasiyadadır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR