
Tanınmış terapevt-uroloq Adil Qubadov vəfat edib.
BAKU.WS xəbər verir ki, həkim dünən dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Adil Qubadov 1955-ci il iyulun 3-də Lerikdə anadan olub. O, 1972-1979-cu illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb.
Adil Qubadov Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində beyin qan dövranının bərpası, miqren, onurğa yırtıqları, ozonoterapiya, plazmafarez və hicama üsulları ilə həyata keçirdiyi müalicələrlə tanınıb.
Həkimin vəfatı yaxınları və onu tanıyanlar tərəfindən dərin kədərlə qarşılanıb. Sosial şəbəkələrdə onunla bağlı başsağlığı paylaşımları edilir.
Allah rəhmət eləsin.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.