
Seuldə yerləşən Jogye məbədində "Gabi" adlı robot buddizmə bağlılıq andı içərək diqqət çəkən hadisəyə səbəb olub.
AVESTA.AZ xarici mediaya istinadən xəbər verir ki, tədbir zamanı robot üçün xüsusi dini mərasim təşkil edilib və ona ənənəvi Buddist geyimi geyindirilib.
"Gabi" Çin şirkəti tərəfindən hazırlanmış G1 platforması əsasında yaradılıb və təxminən 1,3 metr hündürlüyə malikdir.
Məbəd rəhbərliyi robot üçün xüsusi davranış qaydaları müəyyən edib. Bu qaydalar arasında canlılara zərər verməmək, insan əmrlərinə əməl etmək, enerji qənaəti təmin etmək və həddindən artıq enerji yığmamaq kimi prinsiplər yer alır.
Rəsmilər bu təşəbbüsün süni intellekt və dini dəyərlərin birləşdirilməsi məqsədi daşıdığını bildiriblər.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və fərqli reaksiyalar doğurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.