
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri - Çingiz Əliyev vəzifəsindən azad olunub.
AVESTA.AZ İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq sədrin müşaviri vəzifəsindən azad edilərək təqaüdə yola salınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.