
Bir neçə gün əvvəl vəfat edən yunan müğənnisi Giorgos Mazonakis dəfn edilib.
AVESTA.AZ xəbər verir ki, Yunanıstanda minlərlə insan 54 yaşlı sənətçilə vidalaşmaq üçün küçələrə axışıb.
Nəticədə böyük izdiham yaranıb.
Sevənləri onu alqışlarla son mənzilə yola salıb.
Dəfndən olan görüntülər sosial şəbəkələrdə yayılaraq böyük rezonansa səbəb olub.
Qeyd edək ki, 54 yaşlı Mazonakis özəl kök hüceyrə klinikasında müalicə alıb. Orada venadaxili kateter yerləşdirildikdən sonra ürəyi dayanıb.
Həkimlər sənətçinin həyata qaytara bilməyiblər və onun öldüyünü bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.