
Məşhur müğənni Nikolay Baskov etirafı ilə bütün diqqətləri üzərinə çəkib.
AVESTA.AZ xəbər verir ki, "Rusiyanın Qızıl Səsi" səhnəyə aludə olduğunu bildirib.
O qeyd edib ki, ifa etmək ona ruhunda gizlənən mənfi düşüncələri və boşluğu boğmağa kömək edir.
Baskov bunu yaxın zamanlarda Tverdə verdiyi konsertdən sonra anladığını vurğulayıb.
"Tamamilə asılı olduğum iş məni ürəyimdə yaşayan ağrıdan xilas edir" - deyə, sənətçi bildirib.
Nikolay Baskovun səhnə ilə bağlı psixoloji etirafı sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.