
Azərbaycanda ötən il rəsmi nikah bağlayan 48 min 546 nəfərdən 339 gəlinin yaşı 60-dan yuxarı olub.
Bu barədə Dövlət Statistika Komitəsindən AVESTA.AZ-in sorğusuna cavab olaraq məlumat verilib.
Məlumata görə, Bakı şəhərində ötən il qeydə alınan 11 299 nikahdan 140-ı məhz 60 yaş və yuxarı kateqoriyaya aid qadınların payına düşüb.
Bakı rayonları arasında bu yaş qrupunda evliliklərin sayına görə Nərimanov (22 nəfər) rayonu ön sıralarda qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.