
Bakı-Sumqayıt magistral yolunda təhlükəli anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, "Naz-Lifan" markalı minik avtomobilinin sürücüsü yolda kobud şəkildə manevr qaydalarını pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb.
Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfil şəkildə yük maşınının qarşısına keçərək ani tormozlama edib. Bu hərəkət nəticəsində yük maşınının sürücüsü toqquşmadan yayınmaq üçün təcili əyləcə basmağa məcbur olub.
Görüntüləri olduğu kimi təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.