
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
AVESTA.AZ teleqraf-a istinadən xəbər verir ki, bu barədə sənətkarın oğlu Ayxan İslamzadə deyib.
O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:
"Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı".
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.