
Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.