
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ABŞ hərbi qüvvələrinə qarşı həyata keçirilən İran hücumlarının qarşısının alındığını açıqlayıb.
BAKU.WS CENTCOM-a istinadən xəbər verir ki, hadisə mayın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raket esmineslərinin Hörmüz boğazından Oman körfəzinə keçidi zamanı baş verib.
Açıqlamada bildirilib ki, USS Truxtun (DDG 103), USS Rafael Peralta (DDG 115) və USS Mason (DDG 87) beynəlxalq sulardan keçərkən İran qüvvələri tərəfindən çoxsaylı raket, pilotsuz uçuş aparatı və kiçik qayıqlarla hücuma məruz qalıb.
ABŞ tərəfi hücum nəticəsində heç bir hərbi obyektin zərər görmədiyini bildirib.
CENTCOM qeyd edib ki, ABŞ qüvvələri "qanuni özünümüdafiə" çərçivəsində cavab tədbirləri görərək İranın raket və PUA buraxılış məntəqələrini, komanda idarəetmə mərkəzlərini, eləcə də kəşfiyyat və müşahidə obyektlərini hədəfə alıb.
Açıqlamada vurğulanıb ki, ABŞ bölgədə gərginliyi artırmaq niyyətində deyil, lakin öz qüvvələrini qorumaq üçün tam hazırlıqlıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.