
"Real Madrid" klubu Federiko Valverde və Orelyen Çuameni arasında baş verən insidentlə bağlı daxili araşdırmanı yekunlaşdırıb.
BAKU.WS xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib ki, hər iki futbolçu aralarında yaranmış gərginliyə görə bir-birindən üzr istəyib.
Qərara əsasən, həm Valverde, həm də Çuameni 500 min avro məbləğində cərimə olunub.
Xatırladaq ki, ötən gün futbolçular arasında mübahisə yaşanmış, hadisədən sonra Federiko Valverde tibbi nəzarət üçün xəstəxanaya aparılmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.