
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı aktyor Əlibəy Məmmədli olub.
O, insanın özünü tanıması və kimlik axtarışı, aktyorluq və sənət dünyası, tənqid və təhqir arasındakı fərq, texnologiyanın insanı özündən uzaqlaşdırması, daxili azadlıq və ruhani axtarış kimi mövzulara münasibət bildirib.
Aktyor insanın daxilindəki nifrət, şeytanın insanı pisliyə yönəltməsi ilə bağlı danışarkən fikrini belə ifadə edib: "Bizim ən böyük düşmənimiz elə iblisdir. Çünki Allaha söz verib ki, mən insanların sənə layiq olmadığını göstərəcəyəm və hələ də bunu sübut edə bilir. Oyun davam edir, amma o, hələ ki üstündür. İblis 3-0 qabaqdadır. Bir insan başqasına nifrət edirsə, artıq o, qalibdir". Ə.Məmmədli onu da bildirib ki, cəmiyyət olaraq fəlsəfəni düzgün başa düşmürük: "Fəlsəfə bilməyi sevməkdir, ondan doymamaqdır. Bilmək istədikcə, doyumsuzluq yaranır. Heç vaxt bir şeyin cavabını tapıb, dayana bilmirsən. Fəlsəfədə nöqtə yoxdur, başdan-ayağa vergüldən ibarətdir. Hansısa filosof nöqtələrdən danışanda, buna gülməyimiz gəlir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.