
Bakının Hüseyn Cavid prospektində mənzildə yağın baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Hadisə şahidlərinin sözlərinə görə, evdə iki nəfər olub, səsarət alan bir nəfərə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.
Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib.
FHN-dən verilən məlumata görə, yanğının qarşısı alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.