
İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin hərbi hazırlıq səviyyəsinin daha da artırılması ilə bağlı göstəriş verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin açıqlamasına istinadən "Mehr" agentliyi məlumat yayıb.
Komandan bildirib ki, Ali rəhbərlə keçirilən görüş zamanı İran silahlı qüvvələrinin mövcud vəziyyəti və hazırlıq səviyyəsi barədə geniş hesabat təqdim olunub.
Onun sözlərinə görə, Xamenei regional vəziyyət və mümkün təhlükələr fonunda ordunun döyüş qabiliyyətinin gücləndirilməsi üçün yeni tapşırıqlar verib. O, həmçinin hərbçilərin fəaliyyətini yüksək qiymətləndirib və düşmənlərə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, görüşdə xüsusilə İranla ABŞ və İsrail arasında son aylarda yaşanan hərbi gərginlik də müzakirə olunub.
Xatırladaq ki, daha əvvəl regionda baş verən qarşıdurmalar zamanı tərəflər arasında qarşılıqlı raket və hava hücumları qeydə alınmışdı. Sonradan vasitəçilərin iştirakı ilə atəşkəs əldə olunsa da, bölgədə gərginlik tam aradan qalxmayıb.
Hazırda Hörmüz boğazı və Fars körfəzi ətrafında vəziyyətin dünya enerji bazarına təsir edə biləcəyi ilə bağlı narahatlıqlar davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.