
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş simvolik fləşmob WUF13 könüllülərinin iştirakı ilə tədbirin keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilib.
AVESTA.AZ oxu az-a istinadən xəbər verir ki, 600-dən çox könüllünün iştirakı ilə keçirilən fləşmob zamanı " Heydər Əliyev 103" yazısı formalaşdırılıb.
Bu təşəbbüs müasir Azərbaycanın memarı, ölkəmizin inkişafına, şəhərsalma kimliyinə və müasir memarlıq tərəqqisinə mühüm töhfələr vermiş Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ehtiramın ifadəsidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.