
Dünyaca məşhur müğənni Billi Ayliş karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, o verilişlərdən birinə qonaq olarkən uzun müddətdir düşündüyü fərqli arzularından birini ilk dəfə açıq şəkildə dilə gətirib.
"Grammy" mükafatlı ulduz gələcəkdə yalnız musiqi ilə kifayətlənmək istəmədiyini bildirib.
O, illər sonra teatr və səhnə sənətləri ilə bağlı layihələrdə iştirak etməyə maraq göstərdiyini deyib.
Müğənni həmçinin qeyd edib ki, vaxtı və imkanı olarsa, səhnə sənətləri sahəsində özünü sınamaq istəyər. Müğənninin sözlərinə görə, teatr mühiti və canlı səhnə performansları ona hər zaman xüsusi maraqlı gəlib.
Məşhur ifaçının açıqlamaları qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aylişin bu açıqlaması onun müğənnilik karyerasını bitirəcəyi ilə bağlı şayiələrin yayılmasına səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.