
Baku TV Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbindən reportaj hazırlayıb.
Müasir infrastrukturla təmin olunan təhsil müəssisəsində şagirdlər üçün hər cür şərait yaradılıb və gələcək nəsillərin yetişməsi istiqamətində mühüm addımlar atılır.
Direktor Eldəniz Məhərrəmov bildirib ki, məktəb 624 şagird yerlikdir və 2026-cı il yanvarın 12-də yenidən fəaliyyətə başlayıb.
Şagirdlər isə Xankəndidə yaşamaqdan və təhsil almaqdan məmnun olduqlarını söyləyiblər.
"Buraya gəldiyim üçün çox sevinirəm. Böyüyəndə polis olmaq istəyirəm", - deyə 3-cü sinif şagirdi Məhəmməd Məmmədli söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.