Dünən, 12:48 93

Bazar günü magistraturanın 2-ci cəhd imtahanı keçiriləcək

Mayın 17-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 1 – 14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 23089 bakalavr ərizə təqdim edib. Onlardan 21372 nəfər Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanda 23 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Paylaş

Xəbər lenti

Türk dünyası tək güc mərkəzi kimi: Şuşada təməli qoyulan strateji həmrəylik Bu gün, 00:48 Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb Bu gün, 00:48 Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq Bu gün, 00:48 Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ Dünən, 23:48 İradə İbrahimova: "Ana-atamı yaxşı tanımamışam" Dünən, 23:48 Məşhur aktyor "Eşref Rüya"da Dünən, 23:48 "Sabah" komandası mükafatlandırılıb Dünən, 23:48 Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 "İpək yolu" rallisi Bakıya çatdı - "Bir ildir ki, buna hazırlaşırdıq" Dünən, 22:48 "Sabah" Azərbaycan Kubokunun qalibi olub Dünən, 22:48 Azərbaycanda dollar erası bitir? Dünən, 22:48 Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi" Dünən, 22:48 AFFA prezidenti: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz Dünən, 22:48 "Can veririk, bizə kömək edin!" - Kənddə qalan sakinlər fəryad edirlər Dünən, 21:48 Xatirə İslam hava limanında 10 saat gözlədi Dünən, 21:48 Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü Dünən, 21:48 "Sabah"- "Zirə" oyununda hesab bərabərləşib Dünən, 21:48 Röya və Əkbərin "Ay qız" mahnısı geri qaytarıldı - Plagiat iddiaları yalan çıxdı Dünən, 21:48 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:48 "Sabah" - "Zirə" oyununda hesab açılıb Dünən, 20:48 Bakı Dəmiryol Vağzalında vətəndaşları SEVİNDİRƏCƏK YENİLİK Dünən, 20:48 İdris Cəfərov: "Həkimlər Nazimin ödünü çıxaranda qaraciyərini də zədələyiblər" Dünən, 20:48 Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik MÜZAKİRƏ EDİLDİ Dünən, 19:48 Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib? Dünən, 19:48 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA Dünən, 19:48 SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib Dünən, 19:48 Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib Dünən, 19:48 "Neftçi"nin qızlardan ibarət komandası növbəti dəfə Azərbaycan çempionu olub Dünən, 19:48 Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib Dünən, 18:48 Məşhur generalın xanımı vəkilliyə başladı Dünən, 18:48 Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub Dünən, 18:48 Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı: 67 minlik dələduzluq iddiası Dünən, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Hindistana təhvil verib Dünən, 18:48 Bəzi yerlərdə intensiv yağış yağır, dolu düşüb - FAKTİKİ HAVA Dünən, 18:48 Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb Dünən, 17:48 Təqsirləndirilən şəxsi azadlığa buraxdıracağına söz verdi, özü həbsə düşdü Dünən, 17:48 Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib Dünən, 17:48 İbrahim İbrahimova yeni vəzifə verildi Dünən, 17:48 SOCAR Özbəkistanda nümayəndəlik açacaq Dünən, 17:48 Paytaxtda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq? Dünən, 17:48 Rusiyada tikintidə işləməyə adam tapmırlar - 200000-dən çox işçi ÇATMIR Dünən, 17:48 Sabah Salyan və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək Dünən, 16:48 Sərhədçiləri görüb narkotiki dənizə atdılar - Xaçmazda saxlanılan İran vətəndaşlarından XƏBƏR VAR Dünən, 16:48 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir Dünən, 16:48 "Haber Global" Azərbaycanın TDT-dəki rolu ilə bağlı süjet hazırlayıb Dünən, 16:48 Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb Dünən, 16:48 Dövlət Komitəsi: Naxçıvanın Baş planı razılaşdırma mərhələsindədir Dünən, 16:48 3 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR