13-05-2026, 18:48 155

Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə

"Global Media Group" 13 may 2026-cı il tarixində BMT-nin Qlobal Sazişi (UN Global Compact), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT-nin Azərbaycandakı ofisi ilə birgə "Global Media Group"a daxil olan media şirkətlərinin əməkdaşları üçün "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda təqdimat və müzakirə sessiyası təşkil edib.

AVESTA.AZ xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində təşkil olunan tədbir media nümayəndələrinə dayanıqlı və yaşıl yaşayış mühiti, tikinti sektoru və şəhərsalma ilə bağlı anlayışlar, terminologiya və prioritetlər haqqında dərin biliklər qazandırmağı hədəfləyib.

Sessiyada BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin rəhbəri xanım Kanako Mabuçi tədbirin əhəmiyyətindən, medianın şəhərsalma davamlılığı ilə bağlı ictimai anlayışın formalaşmasındakı rolundan danışıb.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı Ölkə Proqramının rəhbəri xanım Anna Soave "dayanıqlı yaşayış mühiti" anlayışının mahiyyəti, "yaşıl", "enerji səmərəliliyi" və "dayanıqlı tikinti" terminləri arasındakı fərqlər barədə təqdimat edib. Həmin qurumun regionlararası məsləhətçisi xanım Katya Şefer isə enerji səmərəliliyi, şəhər dayanıqlılığı, ağıllı şəhərlər və "greenwashing" (yaşıl yuyulma) risklərinə həsr olunmuş mövzularında çıxış edib.

BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov Azərbaycanın Tikilmiş Mühit Proqramı və Dekarbonlaşdırma Öhdəliyi barədə məlumat verərək, biznesin dayanıqlılığa investisiya qoymasının səbəblərini və dayanıqlı tikintinin rəqabətqabiliyyətlilik amili kimi əhəmiyyətini açıqlayıb.

Tədbirin yekununda "Global Media Group"un Marketinq və Kommunikasiya Departamentinin rəhbəri xanım Laura Seyidbəyova qeyd edib ki, dayanıqlı inkişaf mövzularının medianın gündəliyində layiqli yer tutması cəmiyyətdə düzgün anlayışın formalaşması üçün əsas şərtdir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində bu cür təşəbbüslər xüsusi əhəmiyyət daşıyır və jurnalistlərə qlobal dayanıqlılıq və urbanizasiya gündəliyini Azərbaycan kontekstində düzgün təqdim etmək imkanı verir. Laura Seyidbəyova, həmçinin, media və dayanıqlılıq sahəsindəki maraqlı tərəflər arasında davamlı əməkdaşlıq imkanlarını qiymətləndirib.

Qeyd edək ki, "Global Media Group" 2024-cü il oktyabrın 9-da BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb.

Sənədə əsasən tərəflər dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirir. Media sektorunun dayanıqlı inkişafı "Global Media Group"un Korporativ Sosial Məsuliyyət çərçivəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib və bu sahədə sistemli proqramlar ardıcıl şəkildə icra olunur.

"Global Media Group" haqqında: "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram |LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

BMT-in Qlobal Sazişi haqqında BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. Qlobal Saziş haqqında daha ətraflı məlumat əldə etmək üçünhttps://unglobalcompact.org saytına keçid edə bilərsiniz.

Paylaş

Xəbər lenti

Mülk üstündə qətlə yetirildi - Şübhəli qardaşı oğludur Bu gün, 00:48 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? Dünən, 23:48 Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub Dünən, 23:48 Estoniyanın Azərbaycanda səfirliyi açılıb Dünən, 23:48 Mourinyo 2029-cu ilə qədər "Real"la müqavilə imzaladı Dünən, 23:48 "Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 23:48 Beyləqanda AĞIR QƏZA: Üç nəfər xəsarət alıb Dünən, 22:48 Dünya çempionatının açılış mərasimi keçirilib Dünən, 22:48 Hansı mövsümi meyvələr allergiya yaradır? - AÇIQLAM Dünən, 22:48 1 həftə sonra məzun olacaqdı... Dünən, 22:48 "5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs hadisəni danışdı Dünən, 21:48 Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var Dünən, 21:48 Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib Dünən, 21:48 Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib Dünən, 21:48 Yaşlı azarkeşin Qurban Qurbanov arzusu gerçəkləşdi Dünən, 21:48 İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq Dünən, 21:48 "Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?" Dünən, 20:48 Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar? Dünən, 20:48 Sumqayıtda avtoxuliqanlıq edən sürücü ƏLƏ KEÇDİ Dünən, 20:48 Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib Dünən, 20:48 İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayılıb Dünən, 19:48 Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub Dünən, 19:48 DİN 5 tona yaxın narkotik vasitəni məhv edib Dünən, 19:48 Qusardakı torpaq sürüşməsinin ANBAAN GÖRÜNTÜLƏRİ Dünən, 19:48 "Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib Dünən, 19:48 Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb Dünən, 19:48 Ötən ay 68 nəfər Azərbaycana geri qaytarılıb Dünən, 18:48 Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib Dünən, 18:48 Sabah 10 kənddə qaz kəsiləcək Dünən, 18:48 1930-2022: Dünya çempionatlarının açılış oyunları - ARAŞDIRMA Dünən, 18:48 Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır Dünən, 18:48 Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar tutuldular Dünən, 18:48 Göygöldə iki azyaşlı göldə boğularaq ölüb Dünən, 18:48 "Mənzil 4 nəfərə satılıb, hamısı deyir ki..." - Şirkət vətəndaşın başına necə oyun açıb? Dünən, 18:48 Millimiz iki pillə gerilədi Dünən, 17:48 Bakıda yeni təmayül tədris modelinə qeydiyyat başladı Dünən, 17:48 Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb Dünən, 17:48 II və III qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək Dünən, 17:48 Bu il 116 550 şagird məzun olur Dünən, 17:48 Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb Dünən, 17:48 Parlament boykotu Paşinyana sərf edir, yoxsa yeni legitimlik böhranı yaradır? Dünən, 17:48 Qusarın Laza kəndində sürüşmə olub Dünən, 17:48 120 min dolları oğurlamaq üçün plan qurdular – Binəqədidə iki nəfər tutuldu Dünən, 16:48 İş adamına qarşı 4 milyonluq dələduzluq - Federasiya rəhbərinə ağır cəza istənildi Dünən, 16:48 AAYDA-ya yeni sədr müavinləri təyin olunub Dünən, 16:48 Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib Dünən, 16:48 Gəncəyə dolu yağır Dünən, 16:48 Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR