
"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
AVESTA.AZ xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.
Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.
Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ilk Azərbaycan Kuboku olub.
***21:56
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda üçüncü qol vurulub.
AVESTA.AZ xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən matçda "bayquşlar" hesabda irə çıxıblar - 2:1.
90+1-ci dəqiqədə Coy Lens Mikels dəqiq zərbə müəllifi olub
***21:34
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci qol vurulub.
AVESTA.AZ xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən "bayquşlar" hesaba tarazlıq gətiriblər - 1:1.
70-ci dəqiqədə Patrik Mbina dəqiq zərbə müəllifi olub.
***21:17
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
***20:53
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.
AVESTA.AZ xəbər verir ki, "qartallar" "Palms Sports Arena"dakı qarşılaşmada fasiləyə 1:0 hesbaı ilə öndə yollanıblar.
***20:06
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.
AVESTA.AZ xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.
4-cü dəqiqədə Eren Aydın fərqlənib.
***20:00
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyunu başlayıb.
AVESTA.AZ xəbər verir ki, qarşılaşma "Palms Sports Arena"da keçirilir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.