Bu gün, 17:49 77

Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi

"Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu getdikcə artır.

Xüsusilə ortaq tarixə, mədəniyyətə, dilə və strateji maraqlara malik dövlətlərin birlik modeli artıq yalnız siyasi platforma deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlığın mühüm mexanizminə çevrilib. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə qlobal və regional siyasətdə təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq institutlardan biri kimi çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri və Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı da məhz bu baxımdan xüsusi siyasi və strateji əhəmiyyət daşıyır. Bu səfər yalnız diplomatik hadisə deyil, eyni zamanda Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platforma kimi tarixə düşür.

AVESTA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi

Onun sözlərinə görə, son illərdə Azərbaycanın türk dünyasında oynadığı rol nəzərəçarpacaq dərəcədə artıb:

"Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial xarici siyasət nəticəsində Azərbaycan Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyə malik ölkələrdən birinə çevrilib. Azərbaycan hər zaman türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsini xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab edib. Ölkəmizin təşəbbüsü ilə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm üstünlük yaradır. Şərqlə Qərbi birləşdirən strateji tranzit imkanları ölkəmizi regional əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib. Dövlət başçımızın qeyri-rəsmi Zirvə görüşündə qeyd etdiyi kimi, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək".

Parlamentari bildirib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ənənəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında reallaşıb:

"Tədbirdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev də bu məsələyə toxunaraq qeyd etdi ki, sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü təşəbbüsü artıq ənənəyə çevrilir. Ötən il isə bu tədbir Macarıstanda baş tutub və estafet bu il Qazaxıstana ötürülüb. Qardaş ölkənin Türküstan şəhərində keçirilən builki qeyri-rəsmi Zirvə görüşü də yüksək təşkilatçılığı ilə seçildi. Qazaxıstanın tədbirə ciddi hazırlıq görməsi türk dövlətləri arasında əməkdaşlığa verilən önəmin göstəricisidir. Zirvə görüşünün Türküstan kimi qədim və müqəddəs məkanda keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. Türküstan türk dünyasının ortaq mənəvi irsinin, tarixi yaddaşının və mədəni kimliyinin mühüm mərkəzlərindən biridir. Belə bir məkanda keçirilən görüş türk dövlətlərinin ortaq keçmişə hörmətinin, eyni zamanda ortaq gələcək qurmaq iradəsinin ifadəsidir".

"Azərbaycanla Qazaxıstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi bu münasibətlərin dinamik inkişafını aydın şəkildə nümayiş etdirir. Son 5 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qazaxıstana səkkizinci səfərin həyata keçirilməsi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən isə Azərbaycana altı dəfə səfər edilməsi iki ölkə arasında siyasi dialoqun davamlı və sistemli xarakter daşıdığını göstərir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə isə Azərbaycan-Qazaxıstan əlaqələrini rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldərək, qarşılıqlı etimadın və siyasi iradənin hüquqi-siyasi əsasını daha da möhkəmləndirib. Bu sənəd iqtisadi, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. Hazırda iki ölkə arasında münasibətlər Xəzər regionunda sabitlik və inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir. Xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, enerji resurslarının ixracında koordinasiyalı fəaliyyət və ticarət dövriyyəsinin artırılması Azərbaycan-Qazaxıstan əməkdaşlığının praktiki nəticələrini daha da gücləndirir. Eyni zamanda, mədəni-humanitar sahədə həyata keçirilən layihələr xalqlar arasında tarixi dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Bütün bu amillər göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm də geniş türk dünyasının inteqrasiyasına və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir", - millət vəkili vurğulayıb.

Paylaş

Xəbər lenti

Üz-çənə travmaları və infeksiyaları necə yaranır: Çeynəmə, danışma zamanı ağrı varsa... Bu gün, 18:48 AZAL-ın Naxçıvana uçuşları bu səbəbdən ləğv olundu Bu gün, 18:48 Sular üzərində qurulan möcüzə Bu gün, 18:48 Məşhur aktyorların 8 illik evliliyi bitdi Bu gün, 18:48 Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər Bu gün, 18:48 Naxçıvanda imtahandan 300 bal toplayan abituriyentin nəticəsi niyə siyahıdan kənarda qaldı? Bu gün, 18:48 Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq Bu gün, 18:48 "Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb Bu gün, 18:48 WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək Bu gün, 17:49 Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi Bu gün, 17:49 Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır Bu gün, 17:48 Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV Bu gün, 17:48 Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək Bu gün, 17:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır? Bu gün, 17:48 Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib Bu gün, 17:48 Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək Bu gün, 16:48 Meteohəssas insanların NƏZƏRİNƏ Bu gün, 16:48 Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib Bu gün, 16:48 Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib Bu gün, 16:48 Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR Bu gün, 16:48 Sabiq millət vəkili VƏFAT ETDİ Bu gün, 16:48 Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı? Bu gün, 16:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub Bu gün, 16:48 Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb Bu gün, 16:48 Kenan Doğulu otel videoları ilə şantaj edilir - 14 milyon tələb ediblər Bu gün, 16:48 Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım Bu gün, 15:49 Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe Bu gün, 15:49 WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib Bu gün, 15:49 Bakı dünyaya qucaq açır: Paytaxt WUF13-ə necə hazırlaşıb? - FOTOREPORTAJ Bu gün, 15:48 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir Bu gün, 15:48 WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib Bu gün, 15:48 Xarici diplomatlar üçün WUF13-lə bağlı brifinq keçirilib Bu gün, 15:48 WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək Bu gün, 15:48 72 yaşlı Con Travolta illər sonra Kanna 26 yaşlı qızı ilə qatıldı Bu gün, 15:48 Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib Bu gün, 14:48 FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb Bu gün, 14:48 Şükürbəyliyə yeni köçürülən ailələrə açarlar təqdim edilib Bu gün, 14:48 Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib Bu gün, 14:48 Sumqayıtda 41 yaşlı kişinin meyiti tapılıb Bu gün, 14:48 Sürücülərin NƏZƏRİNƏ: Nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq "mygov"dan müraciət etmək mümkündür Bu gün, 14:48 TDT bütün qərarların birlikdə alındığı mexanizmə çevrilməyə doğru irəliləyir Bu gün, 14:48 Reanimasiyaya yerləşdirilən 77 yaşlı Kadir İnanırın SON VƏZİYYƏTİ AÇIQLANDI Bu gün, 14:48 WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib Bu gün, 13:48 İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər? Bu gün, 13:48 Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb Bu gün, 13:48 Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq - PROQNOZ Bu gün, 13:48 Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR