
Böyük Britaniyanın paytaxtı Londonda şənbə günü keçirilən iki etiraz aksiyasında 31 nəfər saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hər iki mitinq davam edir və saxlanılmalar ictimai asayişin təmin olunması əməliyyatı zamanı keçirilib.
Polis ciddi insidentin qeydə alınmadığını açıqlayıb.
Qeyd edək ki, bu gün Londonda vətənpərvər "Unite the Kingdom" (Krallığı birləşdir) marşı və Fələstin tərəfdarlarının yürüşləri keçirilir. Aksiyalarda 80 minə qədər insanın iştirakı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.