
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 17-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanası məlumat yayıb.
"Bu gün mən Prezident Trampla danışacağam. Onun Çinə səfərindən təəssüratlarını mütləq eşidəcəyəm", - Baş nazir bildirib.
Netanyahu həmçinin qeyd edib ki, İsrail İranı diqqətlə izləyir.
"Əlbəttə, variantlar çoxdur, biz istənilən ssenariyə hazırıq", - İsrail Baş naziri əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.