
Rusiyalı pulmonoloq-somnoloq Dmitri Duykin peşəsinin çətinlikləri, pandemiya dövründə yaşadıqları və xəstələrin ən qeyri-adi davranışları barədə danışıb.
AVESTA.AZ xəbər verir ki, həkim bildirib ki, pulmonoloq sadəcə ağciyər xəstəliklərini müalicə edən mütəxəssis deyil, eyni zamanda yuxu problemləri və nəfəs dayanması halları ilə də məşğul olur.
Onun sözlərinə görə, ən təhlükəli hallardan biri yuxu apnoesidir. Bu zaman insan yuxu zamanı dəfələrlə nəfəsini itirir və bu vəziyyət ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Duykin qeyd edib ki, təcrübəsində xəstələrin inhalyatordan düzgün istifadə etməməsi, xoruldamanın "magiya" və müxtəlif rituallarla müalicəsinə inanması kimi maraqlı hadisələrlə tez-tez qarşılaşıb.
Həkim COVID-19 pandemiyasının pulmonoloqlar üçün ən ağır dövr olduğunu da vurğulayıb. O bildirib ki, həmin illərdə ağciyər xəstəlikləri üzrə mütəxəssislər virusun ağırlaşmaları ilə mübarizədə ön sırada yer alıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.