
"Bakıda böyümüş bir insan kimi, mən may ayında heç vaxt bu qədər yağış görməmişdim".
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev rəsmi açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, təbii deyil, amma qarşılaşdığımız reallıqdır:
"Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.