
Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib və təxminən 4000 nəfər işlə təmin olunub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Xankəndidə imzalanmış əməkdaşlıq müqavilələrinin sayı 426, Ağdərə 80, Xocalıda isə 138-dir: "Bunlara ticarət, maliyyə, kənd təsərrüfatı, sənaye müəssisələri və digərləri daxildir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.