19-05-2026, 15:48 387

Rəşad Nəbiyev:

"Biz bağlantını insan potensialına qoyulan investisiya kimi görürük. 2021-ci ildən etibarən tranzit daşımaların həcmi demək olar ki, iki dəfə artıb. Ötən il Avrasiya boyunca təxminən 17 milyon ton yük daşınıb".

AVESTA.AZ xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, hazırda Orta Dəhliz Mərkəzi Asiyanı birləşdirir və Çindən yola çıxan qatarlar Türkiyə sərhədinə 15-18 gün ərzində çata bilir:

"Lakin yalnız yükdaşımalar bütün mənzərəni əks etdirmir. Bu marşrutların ətrafında yeni logistika mərkəzləri, iqtisadi zonalar və mühüm inkişaf mərkəzləri formalaşır.

Beləliklə, əsas sual yaranır: Biz necə şəhərlər qurmaq istəyirik?

Şəhərin transformasiyasına başlayarkən layihələrdən deyil, məqsədlərdən çıxış etdik. Məqsədimiz vətəndaşların şəxsi avtomobillərdən və taksilərdən ictimai nəqliyyata keçidini təmin etmək idi.

Həmin vaxt Bakı küçələrində təxminən 27 min taksi fəaliyyət göstərirdi. Bu gün yollarda 20 min taksi var və bununla bağlı heç bir sosial problem yoxdur".

O qeyd edib ki, əvvəllər taksi sürücüləri bəzən 24 saata qədər işləyirdilər:

"Bu gün isə onların iş saatları normallaşıb və orta hesabla səkkiz saat çalışırlar. İş yerlərinin sayı dəyişməyib, sadəcə, xidmət keyfiyyəti yüksəlib.

Biz mikromobilliyə də diqqət yetirdik. Velosipedlər, skuterlər və piyadalar üçün daha geniş imkanlar yaratdıq. Eyni zamanda bunun ətraf mühitə və karbon emissiyalarına təsirini də nəzərə aldıq.

"15 dəqiqəlik şəhər" konsepsiyasını tətbiq etməyə başladıq. Məqsəd insanların məktəblərə, mədəniyyət obyektlərinə, səhiyyə müəssisələrinə və digər vacib məkanlara qısa müddətdə çata bilməsidir".

R.Nəbiyev əlavə edib ki, cəmiyyətdə uzun illər belə bir fikir mövcud idi ki, tıxac problemini həll etmək üçün sadəcə daha çox yol tikmək lazımdır:

"Lakin beynəlxalq təcrübə göstərir ki, bu, hər zaman problemi həll etmir. Biz yolları bütün nəqliyyat sistemi ilə birlikdə, kompleks şəkildə planlaşdırırıq. Yollar avtobusları, avtobuslar dəmir yolunu, dəmir yolu isə metronu tamamlamalıdır.

Bu gün hər hansı layihəyə investisiya qoyarkən özümüzə bir sual veririk: bu investisiya vətəndaşlara neçə dəqiqə vaxt qazandıracaq?

Son dörd ildə qəbul etdiyimiz bütün qərarların mərkəzində insan dayanıb. Bu məqsədlə rəqəmsal şəhər əkizi yaratmışıq.

Bu alət sayəsində avtobus zolaqlarının, velosiped yollarının və digər infrastrukturun harada tikilməsinin daha səmərəli olacağını əvvəlcədən proqnozlaşdıra bilirik.

Layihəyə başlayanda şəhərdaxili səfərlərin təxminən 50 faizi avtomobil və taksilərin payına düşürdü. Hazırda bu göstəricini 40 faizə endirmişik.

Məqsədimiz 2030-cu ilin sonuna qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. 2017-ci ildə yollarda ölüm göstəricisi hər 100 min nəfərə doqquz nəfər təşkil edirdi. Hazırda bu göstəricini təxminən yeddiyə endirmişik.

Hədəfimiz 2030-cu ilin sonuna qədər bu rəqəmi dördə çatdırmaqdır".

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR