Bu gün, 16:48 67

Azərbaycanda daha bir aqropark yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yeni yaradılan "CasaAgro Aqropark" Samux rayonunun Nəbiağalı qəsəbəsində yerləşir.

BAKU.WS xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib. ATM direktoru qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur. "CasaAgro Aqropark" haqqında məlumat verən ATM rəhbəri bildirib ki, bu özəl aqropark tərəfindən innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, çeşidlənməsi, qablaşdırılması, emalı, satışı və bu sahələr üzrə müvafiq xidmətlərin göstərilməsi planlaşdırılır.

"CasaAgro Aqropark"ın direktoru İbrahim Hüseynov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və şəraitə görə minnətdarlığını bildirib. O qeyd edib ki, kənd təsərrüfatı kompleksinin ümumi ərazisi 72 hektar, layihə dəyəri 14.6 milyon manat təşkil edir. Aqroparkda damlama suvarma sistemi altında 5 ha alma, 8 ha armud, 15 ha nektarin, 10 ha şaftalı, 7 ha ərik, 3 ha gavalı, 10 ha xurma və 9 ha gilas bitkiləri becərilir.

Çıxışlardan sonra ATM direktoru Rəşad Hüseynov rezidentin qeydiyyat şəhadətnaməsini "CasaAgro Aqropark"ın direktoru İbrahim Hüseynova təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.

Paylaş

Xəbər lenti

Kreditinizi "Birbank"a gətirin, 6 %-dək endirim qazanın Bu gün, 16:48 Komitə rəsmisindən aliment ittihamı: "İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb" Bu gün, 16:48 Yango və JET tətbiq daxilində elektrikli skuter icarəsini İSTİFADƏYƏ VERDİ Bu gün, 16:48 Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Azərbaycanda avtomobil və taksi ilə səyahətlərin payı 30 %-ə endiriləcək Bu gün, 16:48 Eldar Əzizov: Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır Bu gün, 16:48 "Haber Global"ın WUF13-dən növbəti reportajı: Azərbaycanın inşaat təcrübəsindən danışıldı Bu gün, 16:48 Azərbaycanda əhalinin sayı 5814 nəfər artıb Bu gün, 16:48 Bakı meri: Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq Bu gün, 16:48 Prezidentin WUF13 mesajı: Şəhərsalma sadəcə memarlıq deyil, dövlətlərin strateji güc indikatorudur Bu gün, 16:48 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Azərbaycanda daha bir aqropark yaradılıb Bu gün, 16:48 "Mango" brendinin qurucusunun oğlu atasının ölümünə görə həbs edilib Bu gün, 16:48 Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb Bu gün, 15:48 2040-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə şəhər əhalisinin 354 mini keçəcəyi gözlənilir Bu gün, 15:48 Dövlət Komitəsinin sədri: "Ərazilərimiz dünyada minalarla ən çox çirklənmiş bölgələr arasındadır" Bu gün, 15:48 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib Bu gün, 15:48 Rəşad Nəbiyev: "Daha çox yol tikmək tıxac problemini həll etmir" Bu gün, 15:48 Laçının sənaye müəssisələri: Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? Bu gün, 15:48 Hikmət Hacıyev Anaklaudia Rossbaxa təşəkkür etdi Bu gün, 15:48 Rəşad Nəbiyev: "Yollarda cəmi 20 000 taksi var və sosial problemlər yoxdur" Bu gün, 15:48 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir Bu gün, 14:48 Hikmət Hacıyev: Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir Bu gün, 14:48 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb Bu gün, 14:48 Hikmət Hacıyev: Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb Bu gün, 14:48 Bakı-Tbilisi qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək Bu gün, 14:48 Bakı habı Somali üçün 100 milyon dollarlıq tarixi qrantın cəlb edilməsinə kömək edib Bu gün, 14:48 Ceyhun Bayramov: "Trump yolu" regional bağlantını gücləndirəcək Bu gün, 14:48 Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub" Bu gün, 14:48 Hikmət Hacıyev: Azərbaycan 300 min məcburi köçkünü mənzillə təmin edib Bu gün, 14:48 Laçında işləmək istəyənlərin DİQQƏTİNƏ! Bu gün, 14:48 "Haber Global"ın Bakıdakı Ümumdünya Şəhərsalma Forumundan xüsusi reportajı Bu gün, 14:48 Hikmət Hacıyev: Əsas prioritetlərdən biri insanların azad olunan ərazilərə təhlükəsiz çıxışının təmin edilməsidir Bu gün, 14:48 Somali diplomatı: Mənzil təminatı bütün qitələrdə getdikcə çətinləşir Bu gün, 14:48 Mikayıl Cabbarov: "İşğaldan azad olunan hər şəhər üçün ayrıca iqtisadi yanaşma müəyyənləşdirilib" Bu gün, 14:48 Anar Quliyev: "Azərbaycan regionda ən böyük yenidənqurma işlərindən birini həyata keçirir" Bu gün, 14:48 Beynəlxalq avtomobil daşımalarında "İcazə Sistemi" yenilənib Bu gün, 13:48 Mayın 20-də 25° isti olacaq Bu gün, 13:48 İrandan Azərbaycana 12 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub Bu gün, 13:48 Pensiyaçılara SEVİNDİRİCİ XƏBƏR Bu gün, 13:48 Qobustanda qəzalı körpünün söküntüsünə BAŞLANILDI Bu gün, 13:48 Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib Bu gün, 13:48 ABŞ Hindistana 428 milyon dollarlıq silah satışını təsdiqlədi Bu gün, 13:48 Moldova xəbər portalı İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb Bu gün, 13:48 Vahid Hacıyev: "Bir evin tikintisi vaxt aparırsa, minlərlə evin qurulması daha mürəkkəbdir" Bu gün, 13:48 Elçin Yusubov: Xankəndi, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib Bu gün, 12:48 Moskva kütləvi dron hücumuna məruz qalıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR