
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:94
Xəbər verildiyi kimi, dünən – 10 aprel 2022-ci il tarixində Moskvadan İravana uçan “Superjet-100” markalı sərnişin təyyarəsində qəza baş verdiyindən, geri dönərək, Jukovski hava limanına qəza enişi etdi.
Elmi-lədun hesablamalarımız göstərir ki, ilk baxışdan təsadüf kimi görünə bilən bu qəza əslində Allahdan erməni xalqına bir xəbərdarlıq mesajıdır. Bu kodlaşdırılmış mesaj Quran rəmzləri ilə verildiyindən, bu rəmzlərin mahiyyətini açan düsturu diqqətinizə çatdırırıq (hansı ki, bu düsturu bizə ALLAH Həzrət Cəbrail vasitəsi ilə göndərmişdir):
“Quran” niyə məhz 114 surədir?
- Kainatın 4 cəhətdən;
- Təbiətin 4 fəsildən ibarət olmasını;
- İnsanın 4 ünsürdən yaranmasını;
- Quranın 4-cü Səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669
Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınır:
129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır (yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır).
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:
669 – 555 = 114
Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: “Həqiqətən, Rəbbin insanların zülmlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!”
Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Qədr gecəsində vəhy olunan Quran surələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir (bu kitabın qiyamətədək dəyişməyəcəyinə ALLAH zəmanət verir).
Bu hikməti dərk etdikdən sonra indi qayıdaq təyyarə qəzasının bu rəmzlərlə necə uzlaşmasına.
1. Dünən Ermənistana uçan təyyarə qəza enişi edəndə 06 iyun 2020-ci il tarixli Ay tutulmasının (astronomik xəbərdarlığın) 669-cu günü idi ki, bu da Quranda bəşəri dəyərlər rəmzidir. Bu hadisə ilə (orada yaşanan həyəcanla) Yaradan sizlərə mesaj verdi ki, bəşəri dəyərlərə tabe olun!
2. Yadınıza salım ki, 29 sentyabr 2020-ci il tarixdə Ermənistanda eyni gündə iki ədəd "Su-25" hərbi təyyarələri qəzaya uğradı. O zaman siz heç düşünmədiniz ki, niyə eyni gündə bizim iki ədəd eyni markalı təyyarəmiz (müxtəlif yerlrdə) qəzaya uğradı. Bu nəyin mesajı idi? Bilmək istəyirsinizsə sizə izah edim: dünən “Superjet-100” təyyarəsində qəza və həyəcan yaşananda həmin “Su-25” təyyarələrinin qəzasının 555-ci (!) günü idi. Bu da tövbə və cəza rəmzidir ki, gələcək böyük bəlaların kodlaşdırılmış mesajıdır. Yəni sizlərin diqqətini etdiyiniz günahlara görə tezliklə tövbə edib, haqqa təslim olmağın vacibliyini bildirir.
3. “Superjet-100” təyyarəsinin qəzaya uğramasında diqqət çəkən məqamlardan biri də odur ki, qəza baş verəndə ilin 100-cü (!) günü idi.
Bütün bu və digər hesablamalar “Superjet-100” təyyarəsində qəza baş verməsinin təsadüf olmadığını, YARADANdan erməni xalqına bir mesaj olduğunu sübut edən faktlardır. Bu hikəti dərk edən hər bir ağıllı erməni etdiyi günahlara görə tövbə etməli və babaları İbrahim Peyğəmbərin dininə (Tövhidə, təkallahlığa) tabe olmalıdır.
Sizlərdən bir çoxunuzun əlləri günahsız azərbaycanlıların qanına batmışdır. Unutmayın ki, torpaq bizim deyil, biz torpağınıq! Yəni üstündə gəzdiyimiz torpaqlar nə sizindir, nə bizim, nə də başqa millətlərin! Torpaq Yaradanındır, sizin və bizim, eləcə də bəşəriyyətin yaşaması, qidalanması üçün yaradıb bu torpağı. Bunu dərk edən ağıllı adam Yaradanın torpaq üzərində yaratdığı nemətlərdən yeyər və Ona şükr edər. Allahın yaratdığı digər bəndələri öldürməz!
Sizi müharibəyə təhrik edən Dünya miqyaslı böyük mafiyalardır ki, öz silahlarını satmaq, alınan torpaqlarda narkotik becərmək üçün sizlərdən alət kimi istifadə edirlər. Bir düşünün: kimlərsə silahlarını (və narkotikini) satacaq deyə niyə cavan balalarınız həyatını qurban verməlidir? Niyə anaların qəlbinə sağalmaz yaralar vurulmalıdır? Bu sizə lazımdırmı? (Kimə lazımdırsa qoy silah uğrunda, narkotik uğrunda özü döyüşsün).
Aprelin 10-da baş verən təyyarə qəzası ilə Yaradan sizlərə bu mesajları verir: günahlardan çəkinin, halal, doğru və dürüst olun; başqasının torpağına, malına, mülkünə göz dikməyin; günahsız insanları haqsız yerə öldürməyin...! Bir sözlə bəşəri dəyərlərə tabe olun! Əks halda yaxın vaxtda Yaradandan sizə böyük bəlalar gələcək!
“Biz hər şeyi sayıb yazmışıq” Quran, 78:29
Paşa Yaqub,
Həkim, Pangeyist (Sülhsevər)
Qeyd: Bu yazını erməni dilinə tərcümə etməyi bacaranlar 050 375 30 97 nömrəli vatshapıma yazmalarını xahiş edirəm.