
Macarıstanda "MOL" şirkətinə məxsus zavodda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisə Tisauyvaroş şəhərində qeydə alınıb.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə ağır xəsarət alıb.
Məlumatı ölkənin Baş naziri Peter Magyar sosial şəbəkə hesabında paylaşıb. O, yaralıların vəziyyətinin ciddi olduğunu bildirib və hadisənin araşdırıldığını qeyd edib.
Məlumata görə, Macarıstanın energetika naziri Istvan Kapitan və "MOL" şirkətinin baş direktoru Zsolt Hernadi hadisə yerinə yollanıblar.
Partlayış Tiszaújváros şəhərində yerləşən zavod ərazisində qeydə alınıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.